Accessibility links

Demokratlar Trampın fövqəladə vəziyyətlə bağlı qərarının ləğvinə səs verir


ABŞ Nümayəndələr Palatası bu gün prezident Donald Trampın cənub sərhədlərdə fövqəladə vəziyyət elan etməsi qərarının ləğvini səsverməyə çıxaracaq.

Demokratlar Trampın fevralın 15-də verdiyi qərarı Konstitusiyada Konqresin federal büdcəyə nəzarətini təmin edən qüvvələrin paylaşması hüququna zidd hesab edir.

Demoratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında qərarın ləğvi gözlənilir.

Senatın bəzi respublikaçı nümayəndələri də bu ölçüyə dəstək verəcəklərini bildirib.

Lakin prezidentin masasına göndərilməsi üçün qərarın ləğvinə nə qədər respublikaçının demokratlara qoşulacağı bəlli deyil.

ABŞ-ın respublikaçı və demokratlardan ibarət 58 nəfərlik sabiq milli təhlükəsizlik rəsmisi prezident Donald Trampın Mehsika sərhədində divarın inşası üçün fövqəladə vəziyyət elan etməsinin heç bir faktiki əsası olmadığını bildirib.

Birgə bəyanat imzalayanlar arasında sabiq dövlət katibləri Madelin Olbrayt, Con Kerri, sabiq müdafiə naziri Çak Heygel, sabiq milli təhlükəsizlik müşaviri Süzan Rays, sabiq müdafiə və kəşfiyyat xidmətlərinin direktoru Leon Panetta və Dövlət Departamentinin keçmiş məsləhətçisi Eliot Kohen var.

Tramp bəyanata birbaşa münasibət bildirməsə də, Ağ Ev görüşü zamanı qərarını müdafiə edib.

“Meksikanın Tixuana şəhərinə nəzər salın. Minlərlə insan oradan ölkəmizə daxil olmağı gözləyir. Əgər o divarlar olmasa idi, divarı yenidən təmir etməsəydik, hətta ordu belə onları dayandıra bilməzdi", prezident bildirib.

Prezident Donald Tramp Konqresi yan keçərək Meksika ilə sərhəddə divar inşa etmək üçün lazım olan pulu əldə etmək üçün fövqəladə vəziyyəti fevralın 15-də elan edib.

Güman edilir ki, Trampın ən böyük seçki kampaniyası vədi olan divar inşa etmək cəhdi prezidentin mühafizəkar elektoratını razı salacaq. Lakin bu addım həmçinin Trampın öz səlahiyyətlərindən sui-istifadə etdiyinə dair ittihamları da intensivləşdirir.

Milli fövqəladə vəziyyət elan etmək Trampı federal büdcədə başqa məsələlər üçün ayrılan pulu divarın tikintisinə yönəltmək səlahiyyəti ilə təmin edəcək.

Prezident ABŞ-Meksika sərhədində böhranın olduğunu təkid edir. O deyir ki, qeyri-qanuni immiqrasiya, cinayət, narkotik alveru və zorakı qanqsterlərin qarşısını yalnız divar ala bilər.

ABŞ-ın 16 ştatı prezidentin sərhəddə divar inşa edə bilmək üçün milli fövqəladə vəziyyət elan etməsi səbəbilə Tramp administrasiyasını məhkəməyə verib.

XS
SM
MD
LG