Prezident Trampın illik hesabat məruzəsinin ardınca demokratların çıxışa reaksiyasında Steysi Abrams ölkəni gücləndirmək üçün sosial və iqtisadi ədalətə nail olmaq üçün yenilənmiş öhdəliklərə çağırıb.
Noyabr seçkilərində Corcia ştatının qubernatoruna az qala məğlub olan Abrams prezidentin ölkə problemlərinə mövqeyindən narazı olmasına baxmayaraq, o, prezidentin müvəffəqiyyətsizliyə uğramasını istəmədiyini deyib.
“Biz onun həqiqəti söyləməsini və üzərinə düşən öhdəliyə hörmətlə yanaşmasını, Amerikanı müəyyənləşdirən qeyri-adi müxtəlifliyə hörmət etməsini istəyirik”- deyə, demokrat siyasətçi Steysi Abrams bildirib.
Abrams prezidenti yanvarın sonunda demokrat və respublikaçıların sərhəd təhlükəsizliyi məsələsini müzakirə etmələri üçün razılıq əldə edildikdən sonra başa çatan rekord səviyyədə uzun zaman alan hökumətin bağlanmasına görə tənqid edib.
Trampın sərhəd divarı inşası üçün maliyyə uğrunda mübarizə getdiyi müddətdə hökumətin müvəqqəti bağlanması 800 min federal işçinin bir ay maaş ala bilməmələrinə səbəb olub.
“Bizim federal işçilərimizin həyatını siyasi oyunlarda istifadə etmək rüsvayçılıqdir. Hökumətin bağlanması təkcə bizim insanlarımıza deyil, bizim dəyərlərimiza qarşı ABŞ prezidenti tərəfindən hazırlanmış hiylə idi”- deyə, Abrams bildirib.
O, həmçinin, müraciətində diqqəti səsvermə hüquqlarına çəkib. Abrams deyib ki, ABŞ-ın dünyada liderliyinin təməli siyasətçilərin deyil, seçicilərin liderləri müəyyən edən azad və ədalətli seçkilərlə qoyulub.