Accessibility links

Demokratlar Trampın yeni təklifini rədd edib


Demokratlar hökumətin maliyyələşdirilməsinin bərpası ilə bağlı ABŞ prezidenti Donald Trampın yeni təklifini rədd edib.

Tramp uşaq ikən ölkəyə gətirilmiş qanunsuz miqrantların deportasiyadan 3 il qorunması, həmçinin müvəqqəti yaşayış müddəti bitənlərin deportasiya edilməməsini nəzərdə tutuan plan təklif edib. Prezident bunun əvəzində Konqresdən Meksika ilə sərhədə səd çəkilməsinə 5 milyard dollardan çox vəsait ayrılmasını istəyib.

Tramp bildirib ki, söhbət bütün sərhəd boyu divardan yox, yalnız sərhədin bəzi yerlərində 370 kilometrlik səddən gedir. Meksika ilə quru sərhədinin uzunluğu 3145 kilometrdir. Bunun təxminən 1050 kilometri müxtəlif səd və ya maneələrlə bağlanıb.

Amma demokratların Senatdakı lideri Çak Şumer deyib ki, ABŞ-da yaşamağa can atan və digər növ miqrantların leqallaşdırılmasına qoyulan müddət 3 il yox, daimi olmalıdır.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi də Trampın təklifinin qəbuledilməz olduğunu bildirib.

Nümayəndələr Palatasına nəzarət edən demokratlar miqrasiya sahəsində islahatları hökumətin tam açılmasından sonra müzakirə etmək istəyirlər.

Kaliforniyadan demokrat nümayəndə Ted Liu bildirib ki, hökumətin açılması məsələsi müzakirə taktikası deyil. O, əvvəlcə hökumətin açılmalı olduğunu vurğulayıb.

Demokratlar prezidentin əsas tələbi - Meksika ilə sərhədə divar çəkilməsinə vəsait ayrılmasının qəti əleyhinədir.

Bu mübahisəyə görə ABŞ-da yeni dövlət büdcəsi təsdiqlənməyib və nəticədə 800 minə yaxın dövlət qulluqçusu 30 gündür ki, işsiz qalıb.

Onların bir qismi öz hesablarına məzuniyyətə göndərilib, bir qismi isə pulsuz işləyir. Onlar maaşlarını hökumət açıldıqdan sonra alacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG