Accessibility links

ABŞ prezidenti demokratlar və medianı tənqid atəşinə tutub


ABŞ prezidenti müxalif demokratlar və medianı yenidən tənqid atəşinə tutub.

Twitter hesabındakı bir neçə şərhdən birində Donald Tramp yazıb ki, "prezidentliyimin ilk 90 günündə Barak Obamanın son 8 illik xarici siyasətinin tam yarasız olduğu" ortaya çıxıb.

"Bu, həqiqətdir."

Tramp spesifik uğurdan bəhs etməyib.

Prezidentliyimin ilk 90 günündə Barak Obamanın son 8 illik xarici siyasətinin tam yarasız olduğu ortaya çıxıb

Lakin o, son iki həftə ərzində Suriyada kimyəvi silahlardan istifadə edilməsinə cavab olaraq raket hücumu və Əfqanıstanda İslam Dövlətinin bunkerlərinə qarşı nəhəng bomba hücumunu alqışlayıb.

Biznes maqnatı respublikaçı siyasətçiləri 260 boş səhifəlik "Demokratlara səs verməyin səbəbləri: Əhatəli bələdçilik" adlı zarafat kitabını oxumağa çağırıb.

Konqresin sabah keçiriləcək seçkilərə toxunan Tramp yazıb ki, super liberal demokratlar kriminallar, qeyri-qanuni mühacirlər və vergilərin artırılmasını müdafiə edir.

Başqa bir tweetdə ABŞ dövlət başçısı prezidentliyinin 3 ayı ərzində medianın fəaliyyətini tənqid edib. "Yalan media (dürüst media deyil) seçkilərdən sonra daha da pisləşib. Hər bir məlumat qərəzlidir. Biz onlara həqiqəti söyləməliyik!" - Tramp yazır.

Pasxa bayramı həftə sonunu Floridadakı Mar-a-Laqo tətil evində keçirən prezidenti bu gün Ağ Evin həyətində uşaqlar üçün illik ənənəvi Pasxa yumurtaları axtarışı tədbirinə qatılıb.

XS
SM
MD
LG