ABŞ Demokratları çərşənbə axşamı Kentukki ştatında prezident Donald Trampın dəstəklədiyi Respublikaçı qubernator üzərində qələbə çalıb, Virciniyada isə onlar ştatın qanunverici orqanının nəzarətini ələ keçirib.
Çərşənbə axşamı Mississippi və Nyu Cersi daxil olmaqla, dörd ştatda keçirilən seçkinin nəticələri gələn il keçiriləcək prezident seçkisinin nəticələri ilə bağlı proqnozlar verə bilər.
Kentukkidə seçkidən bir gün öncə Trampın Respublikaçı qubernator Met Bevinə dəstək məqsədilə seçki mitinqinə iştirak etməsinə baxmayaraq, Demokrat baş prokuror Andi Beşear onun üzərində qələbə çalıb.
Tramp bazar ertəsi 2016-cı ildə 30 faiz daha çox səslə qələbə qazandığı Kentukkinin Leksinqtonda çıxışı zamanı seçicilərə deyib ki, onlar Bevini yenidən seçməlidir, çünki əks təqdirdə ekspertlər deyəcək ki, “prezident dünya tarixində ən böyük məğlubiyyətə uğradı”.
Seçkinin nəticələri Kentukkidə böyük dəstəyə malik Tramp üçün böyük məyusluq olsa da, Bevinin məğlubiyyətinə səbəb onun ştatda populyarlığının azalmasıdır. Rəy sorğuları göstəriri ki, o, həmarkarlar ittifaqları və müəllimlərə qarşı mübarizəsindən sonra ölkədə populyarlığı ən az olan qubernatora çevrilib.
Beşearin qələbəsi Demokratların gələn il ştat seçkilərində namizədliyini yenidən irəli sürən Senatın Respublikaçı lideri Mitç Makkonneli məğlub edəcəklərinə dair ümidlərini artıra bilər.
Bevin çərşənbə axşamı seçki mitinqində məğlubiyyətini qəbul etməyib və buna səbəb olaraq bəzi “qanun pozuntularını” göstərib.
Bu arada isə Demokratlar ştatın qanunverici orqanın hər iki palatasında əksəriyyəti ələ keçirib. Bununla partiya son 25 ildə ilk dəfə olaraq ştat hökümətinin tam nəzarətinə malik olacaq.
Mississippidə respublikaçı leytenant qubernator Teyt Rivs silah qanunlarını dəstəkləyən və abort haqlarına qarşı çıxan mötədil Demokrat baş prokuror Cim Huda qalib gəlib.
Rivs də Bevin kimi Trampın 2016-cı ildə qalib gəldiyi ştatda Trampı dəstəkləyir. Prezident ötən həftə orada Rivslə birlikdə seçki mitinqində iştirak etmişdi.
Nyu Cersidə Demokratların ştatın qanunvericilik orqanının aşağı palatası olan baş asssableyada çoxluğu qoruyub saxlayacaqları gözlənilirdi.
Virciniyadakı seçkiyə hər iki partiyadan böyük diqqət və pul ayrılıb. Demokratların öndə gedən namizədi sabiq vitse-prezident Co Bayden həftə sonu orada ştat səviyyəsindəki bir neçə namizədlə seçki kampaniyası aparıb. Respublikaçı vitse-prezident Mayk Pens isə şənbə günü orada mitinq keçirib.
Demokratlar partiyasından digər namziədlər, o cümlədən ABŞ senatorları Elizabet Vorren, Kamala Harris, Eymi Klobuşar və Kori Buker də yerli namizədlərlə seçki kampaniyası aparıb.