Accessibility links

Demokratlara partlayıcı göndərən şəxsin siyahısında 100-dən çox insan olub


ABŞ hüquq-mühafizə orqanlarının rəsmiləri bildirib ki, sabiq ABŞ prezidenti Barak Obama və prezident Trampın tənqidçiləri daxil olmaqla demokratlara partlayıcı qurğularla dolu təxminən 13 bağlama göndərən Sezar Sayokun hədəf siyahısında 100-dən çox insan olub.

ABŞ xəbər agentliklərinə bildirir ki, rəsmilər Sezar Sayokun həmin siyahı ilə hədəflərə bağlamalar göndərdiyinə inanır.

NBC televiziya kanalı ötən həftə həbs edilən şəxsin siyahısına jurnalistlər və digərlərinin daxil olduğunu deyib.

56 yaşlı Sayokun ilk məhkəmə prosesi bazar ertəsi Florida ştatının Mayami şəhərində başlayacaq.

Hakim onun məhkəmə işinin Nyu York məhkəməsinə göndərilib-göndərməməsinə dair cümə günü digər bir dinləmə keçirəcək.

Sayokun göndərdiyi bağlamaların heç biri partlamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG