Accessibility links

ABŞ prezidentliyinə Demokrat namizədlərin dördüncü debatı keçirilib [Video]


ABŞ prezidentliyinə Demokrat namizədlərin dördüncü debatı keçirilib
please wait

No media source currently available

0:00 0:02:40 0:00

ABŞ prezidentliyinə Demokrat namizədlərin dördüncü debatı keçirilib

Onlar ABŞ-ın daxili siyasəti ilə bağlı fikir ayrılıqlarını səsləndiriblər.

Bazar günü ABŞ-da prezidentliyə Demokrat namizədlər dördüncü debatlarını keçiriblər. Onlar ABŞ-ın daxili siyasəti ilə bağlı fikir ayrılıqlarını səsləndiriblər.

Münasibətlər bərpa olunmalıdırmı? Bəli. Elə sabah Tehranda səfirlik açmalıyıqmı? Xeyr.
Berni Sanders

Sabiq dövlət katibi Hillari Klinton və Vermont ştatının senatoru Berni Sanders prezident Barak Obamanın xarici siyasət gündəmində əsas məsələyə çevrilən İranla nüvə razılığı üzərində müzakirə aparıblar. Namizədlər məhbusların mübadiləsi və nüvə razılığı ilə bağlı nikbinliklərini ifadə ediblər.

“Biz 36 il ərzində ilk dəfədir ki, yaxşı gün yaşayırıq və mən bundan sonra münasibətlərin yaxşılaşması yolunda daha çox yaxşı günlər yaşamağımıza ümid edirəm,” deyə Hillari Klinton bildirib.

Berni Sanders isə “Münasibətlər bərpa olunmalıdırmı? Bəli. Elə sabah Tehranda səfirlik açmalıyıqmı? Xeyr,” deyə bu məsələ ilə bağlı fikrini bildirib.

Brookinqs İnstutundan Con Hudak Amerikanın Səsinə Skype vasitəsilə bu hadisənin prezident seçkilərinə təsirindən danışıb.

“Xarici siyastələ bağlı hər hansı müzakirə sabiq dövlət katibi Klintonun xeyrinədir. O bu məsələdə daha çox təcrübəyə sahibdir və bu məsələlər, eləcə də onların mürəkkəbliyi barədə də daha asanlıqla danışa bilir,” deyə Hudak bildirib.

Klinton və Sanders praymerilərin (partiyadaxili namizəd seçkiləri) keçiriləcəyi ştatlarda eyni dəstəyə sahib olsalar da, silahlara nəzarət kimi daxili məsələlərdə tamamilə fərqli düşünürlər.

Hillari Klinton: “O, dəfələrlə Milli Silah Assosiasiyasınının lehinə səs verib.”

Sanders son zamanlar Klitonun onun səhiyyə xidməti sahəsindəki təkliflərinə qarşı hücumlarına münasibət bildirib.

“Biz “Obamacare”-ı ləğv etməyəcik. Mən onun tərtib olunmasına yardım etmişəm.”

Düşünürəm ki, ali baş komandan olaraq sən daim verdiyin qərarlarını dəyərləndirməlisən.
Hillari Klinton

Sanders həmçinin Klintonun seçki kampaniyasının maliyyə sənayesi tərəfindən maliyyələşdirildiyinə də söz atıb.

“Mən banklardan pul almıram. Mən Goldman Sachs”-dən pul almıram.”

Hillari Klinton isə müzakirə zamanı öz təcrübələrindən və prezident Barak Obama ilə olan əlaqələrindən bəhs edib.

“Düşünürəm ki, ali baş komandan olaraq sən daim verdiyin qərarlarını dəyərləndirməlisən. Mən bunu saatlarla prezident Obamaya məsləhətlər verdiyim üçün yaxşı bilirəm.”

Sabiq Merilend qubernatoru Martion O’Malli isə debat zamanı digər iki namizəd qədər danışmaq imkanı əldə edə bilmirdi.

Berni Sanders
Berni Sanders

Debatla bağlı onlayn müzakirələrdə isə iki məsələ diqqət mərkəzində idi. İlki sabiq dövlət katibi Klintonun Rusiya prezidenti Valdimir Putin ilə münasibətləri bir daha nəzərdən keçirməsi...

Və senator Sandersin Hillari Klitona qarşı həyat yoldaşı, sabiq prezident Bill Klintonun keçmiş əməllərinə görə hücum etməməsi idi.

“Mən burada Klinton və qubernator O’Malli ilə Amerika xalqının üzləşdiyi məsələləri müzakirə edəcəm, Bill Kltionun şəxsi əməllərini deyil.”

Bu, fevralın 1-də Ayovada keçiriləcək kokuslardan öncə Demokratlar partiyasının son debatı idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG