Accessibility links

ABŞ generalı İsrailin fələstinli itkiləri məhdudlaşdırmağa çalışdığını deyir


Birləşmiş Ştatlar ordusunun Birgə Qərargahlar rəisi, general Martin Dempsi Qəzzada iki ay davam edən hərbi konflikt zamanı İsrailin mülki vətəndaşlar arasında itkilərin az olmasına çalışdığını bildirib.

Birləşmiş Ştatların ən yüksək rütbəli və nüfuzlu şəxsi olan general Dempsi deyib ki, İsrail nə qədər çalışsa da 50 gün davam edən müharibə zamanı 1500 nəfərə qədər fələstinli ölüb. General bunu faciə adlandıraraq, İsrailin mülki vətəndaşlar arasında itkiləri məhdudlaşdırmaq üçün əlindən gələni etdiyini deyib.

BMT-nin hesablamalarına görə Qəzza ilə böhran zamanı 519-u uşaq olmaqla, 1523 fələstinli, İsrail tərəfdən isə 6 mülki vətəndaş ölüb,

İnsan haqları qrupu Amnesty İnternational bu həftə İsrailin Qəzzada Həmasa qarşı 50 günlük müharibə zamanı hərbi əməliyyatlarının istintaqına çağırıb.

Yaydığı bəyanatda Amnesty İnternational bildirib ki, İsrail çox sayda evlərə hücumlar edib və nəticədə dəhşətli dərəcədə çox ev dağılıb və insan həlak olub.

İsrailin xarici işlər naziri bu bəyanatı "son dərəcə qərəzli" və "kontekstdən kənar" adlandıraraq onu rədd edib. Nazirlik bildirib ki, bu bəyanat İsrailin cinayətləri törətdiyi ilə bağlı heç bir sübut təqdim etmir, eyni zamanda da Həmasın insanlardan canlı qalxan kimi istifadə etmək, və dinc əhaliyə atəş açmaq kimi törətdiyi müharibə cinayətlərini nəzərə almır.

İyul və avqustda baş verən döyüşlər zamanı Qəzzada əksəriyyəti dinc əhali olan 2100-dən çox fələstinli və 67 İsrail hərbçisi və 6 mülki şəxs həlak olub.

Amnesty-nin bəyanatı hər iki tərəfi ciddi insan haqları pozuntularında ittiham edir, lakin diqqəti daha çox İsrailinin işğal altında olan Qəzzanı bombalamasına yönəldir. Bəyanatda bildirilir ki, İsrail dinc əhalinin zərər görməməsi üçün lazımı tədbirlər görməyib.

XS
SM
MD
LG