Accessibility links

Dennis qasırğası Böyük Britaniyada fəsadlar yaradıb


Dennis qasırğası Böyük Britaniya şəhərlərini güclü küləklər və rəsmilərin dediyi kimi “həyati təhlükəsi olan daşqınlara” bürüyüb.

Britaniyanın Milli Hava Xidməti İngiltərə, Şotlandiya və Uelsdə 250-ə yaxın qaşqın xəbərdarlığı yayıb.

İngiltərənin şərq sahillərindəki axtarış əməliyyatları zamanı iki şəxsin cəsədi aşkar edilib.

Cənubi Uelsin Nit çayının məcrasını aşacağı barədə xəbərdarlıq yayılıb.

Tredeqar bölgəsində yağışın səviyyəsi 105 mm olub. Aberdaronda küləyin sürəti saatda 146 km-ə çatıb.

Şənbə günü 73 hərbi personal və ehtiyatda olan 70 şəxs Kalder vadisində sel altında qalan insanlara yardım edib.

XS
SM
MD
LG