Accessibility links

TMS - Depressiyadan yeni müalicə


TMS - Depressiyadan yeni müalicə
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Depressiya təkcə kədərli olmaq demək deyil. Depressiya normal həyata müdaxilə edən, özünə dəyəri itirmək və bəzən də intiharla nəticələnən ciddi bir xəstəlikdir. Lakin bu xəstəlik söhbət terapiyası və ya dərmanlarla, ya da ikisindən də birlikdə istifadə edilməklə müalicə oluna bilir. Bu xəstəlik eləcə də beyinə birbaşa maqnit impulsları yeritməklə də müalicə olunur.

Sonya Kibbi idmanla məşğul olmağı sevir. Sonya Missuri ştatı Kolumbiya şəhərində fizio-terapevt işləyir. Adətən o, aktiv insandır. Lakin keçən il düşdüyü dərin depressiya onun adı qərarlar qəbul etməsinə belə imkan vermirdi. “Hətta kiçik, düşünülməsi lazım olmayan bir qərar qəbul etmək üçün mən düşünməli olurdum. Ən kiçik qərar üzərində fikirləşmək isə məni daha dərin stresə salırdı” - deyə, Sonya bildirir.

Depressiyada olan insanlar adətən halsız olur. Depressiya insanlarda yeməyə və yatmağa aludəliyə səbəb olur. Hətta dərman və terapiya qəbul edənlərdə belə.

Sonya hətta intihar etməyi düşünüb və bir neçə dəfə xəstəxanaya aparılıb. Bundan sonra Sonya cərrahiyyə əməliyyatı və ya anesteziya gərək olmayan müalicə üsulu olan “TMS” - “Transkranial Maqnit Stimulyator” müalicəsi haqda eşidir.

“TMS” müalicəsi güclü maqnit impulslarının beyinə spiral vasitəsilə çatdırmaqdan ibarətdir. Doktor Mueyd İtman: “Neyro-transmitterə kimyəvi siqnallar verməklə beyinin müxtəlif hissələrini stimullaşdırır və əhvali-ruhiyyənin tənzimlənməsinə yardım edir. Və vaxt keçdikcə depressiya simptomları azalmağa başlayır.”

Elə bil ki, kimsə sənin başına astaca vurur və səndə baş ağrısı başlayır. Sonya müalicədən əvvəl ağrıkəsici dərman atır. Bu terapiyadan bir həftə sonra o, ciddi dəyişiklik hiss edib.

Terapiyadan 30 dəfədən çox keçdikdən sonra Sonyada depressiya demək olar ki, yoxa çıxıb. Doktor Mueyd İtman: “Depressiyadan müalicə olunan insanların 50-60 faizi TMS-ın müsbət kliniki təsirlərini görəcək. Bu insanların üçdə bir hissəsində xəstəliyin zəifləməsi müşahidə ediləcək, bu isə o deməkdir ki, onların simptomları aradan tamamilə gedəcək."

Birləşmiş Ştatların Milli Ruhi Sağlamlıq İnstitutu "TMS" müalicəsi üzərində aparılan araşdırmaların nəticələrinə görə, bu müalicənin əsas yan təsirinin baş ağrısı olduğunu bildirib. Lakin bu müalicə növü nisbətən yeni olduğu və uzunmüddətli yan təsirlər barədə məlumat olmadığı üçün araşdırmalar davam etdirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG