Accessibility links

Deputatın oğlu həbs edilib


Relax istirahət Mərkəzi
Relax istirahət Mərkəzi

Lerik rayonunda (Bakıdan 329 kilometr cənub) Relax İstirahət Mərkəzində baş verən insidentlə bağlı 6 nəfər barədə həbs qətimkan tədbiri seçilib. Bu barədə Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatında deyilir.

Avqustun 19-da sosial şəbəkələrdə Relax İstirahət Mərkəzinə yoxlama apamaq üçün gələn vergi müfəttişlərinin mərkəzə buraxılmamasını, polis və vergi əməkdaşlarına fiziki güc tətbiq edilməsi əks olunduğu bildirilən video paylaşılıb.

Məlumatlarda istirahət mərkəzinin 78 saylı Lerik seçki dairəsindən Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu bildirilir.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin avqustun 19-da yaydığı məlumatda deyilir ki, Lerik rayonunda fəaliyyət göstərən Relaks istirahət və turizm mərkəzində cari il avqustun 16-da vergidənyayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri çərçivəsində vergi nəzarəti tədbirləri keçirilməsi planlaşdırılıb.

İstirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib
Rəsmi məlimatdan sitat

“Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib.”

Məlumatda bildirlir ki, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirilməsinə maneələr törədilib.

“Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər,” xəbərdə qeyd edilir.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Mirhəmid Nərimanlı (Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu-red), Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Deputat İqbal Məmmədov Relax İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb.

“Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib,” deputat qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG