Accessibility links

Deputatın polisə xəsarət yetirdiyi bildirilir, prokurorluq araşdırır


Eldəniz Səlimov
Eldəniz Səlimov

Milli Məclisə (parlament) Seçkilər üzrə 55 saylı Xaçmaz şəhər Seçki Dairəsindən deputat Eldəniz Səlimovun polis əməkdaşına qarşı fiziki zorakılıq etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Amerikanın Səsinə bildiriblər ki, insident iyulun 29-da Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində gecə saat 12-dən sonra qeydə alınıb.

“Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib,” Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Yerli mənbələrin məlumatına görə, deputat sərxoş olub və Xaçmaz Rayon Polis Şöbəsinin polis əməkdaşı Zaur Mirzəyevə xəsarət yetirib.

Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı Amerikanın Səsinə deyib ki, deputatın hərəkəti Milli Məclisin İntizam Komissiyasında müzakirə ediləcək.

“Artıq baş verən insidenti Respublika Prokurorluğu araşdırır. Respublika Prokurorluğu araşdırmanın nəticəsini Milli Məclisin rəhbərliyinə təqdim edəcək. Milli Məclisin rəhbərliyi qanunvericiliyə uyğun olaraq araşdırma ilə bağlı 7 gün ərzində İntizam Komissiyasına məlumat göndərəcək. İntizam Komissiyası isə müzakirə edərək deputatin hərəkəri ilə bağlı müvafiq qərar qəbul edəcək,” Ağamalı qeyd edib.

Qanunvericiliyə görə deputatın hərəkətində cinayət tərkibi olarsa Milli Məclis onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün icazə verməlidir.

Öz növbəsində, Respublika Prokurorluğu deputala bağlı İstintaq İdarəsinə müraciət olunduğunu təsdiq edib.

Deputat Eldəniz Səlimov və onun köməkçisi Kamal Laçınovun telefonları söndürülüb. Deputatın ailə üzvləri də vaş verən insidentlə bağlı hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG