Accessibility links

Deputat: ‘Bu, pambıqçılığın tənəzzülünə səbəb ola bilər’


“Bu hadisələr daha çox, bilgisizlik və qeyri-peşəkarlıq amili ilə bağlıdır”.

Deputat Fazil Mustafa bunu son günlər Saatlı və Tərtər rayonlarında pambıq tarlalarında baş verən kütləvi zəhərlənmələri dəyərləndirərkən deyib.

Deputatın fikrincə, müəyyən məhsulların yetişdirilməsində insan orqanizminə təsirsiz preparatlaran istifadə olunmalıdır və eyni zamanda onlara problem yaratmamalıdır:

“Burada insan amilini nəzərə almadan məhsul yetişdirmək sovet ənənsinin geri qaytarılmasıdır. Bu, yolverilməzdir. Həmin zaman keçdi ki, təyyarə ilə sahələrə dərman səpirdilər, camaat da işləyirdi”.

İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)
İmişlidə zəhərlənmə (Foto Oqtay Gülalıyevin facebook səhifəsindəndir)

Fazil Mustafa vurğulayıb ki, indi yeni texnoloji avadanlıqlardan istifadə olunmalıdır.

Deputat hesab edir ki, bu faktlar ciddi araşdırlmalıdır, əks halda belə hallar pambıqçılıın inkişafından çox tənəzzülünə əsas ola bilər.

Xatırlatma

Bu günlərdə Tərtər və Saatlı rayonlarında pambıq sahəsində kütləvi zəhərlənmə baş verib. Tərtər rayonunda iyunun 16-da 14 nəfərin zəhərləndiyi, onlardan 4 nəfərin Yevlax Rayon Mərkəzi Xəstəxanasında Reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

İyunun 10-da isə Saatlı rayonunun Simadakənd kəndi ərazisində pambıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakini «kimyəvi dərman zəhərlənməsi» diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onlardan 8 nəfərinin vəziyyəti ağır olduğundan Bakıya gətirilmişdi.

Pambıq sahəsi
Pambıq sahəsi

Üstəlik bildirildi ki, zəhərlənən qadınlardan birinin körpəsi və körpəyə baxan bir qadının da səhhəti pisləşib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb. Söhbət Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi - ağır nəticələrə səbəb olduqda) maddələrindən gedir.

XS
SM
MD
LG