Accessibility links

Deputatlığa namizədlər seçkilərin nəticələrinin ləğvini tələb edir


Müsavat Partiyasının qərargahında toplantı
Müsavat Partiyasının qərargahında toplantı

İki yüzdən çox deputatlığa namizəd müraciət imzalayıb

Növbədənkənar parlament seçkilərinin nəticələri xalqın iradəsini əks etdirmir. Bu səbəbdən seçkilərin nəticələri ləğv edilməli, yeni seçkilər təyin edilməlidir.

Bu gün, martın 3-də iki yüzdən çox deputatlığa namizəd bu məzamunda xalqa və Konstitusiya Məhkəməsinə ünvanladıqları müraciəti imzalayıb.

Müsavat Partiyasının, Respublikaçı Alternativ Partiyasının, "Hərəkat" blokunun deputatlığanamizədlərinin, habelə bir qrup müstəqil deputatlığa namizədin iştirakı ilə bu gün Müsavat Partiyasının qərargahında keçirlən toplantıda da bu fikirlər səsləndirilib.

Müsavat Partiyasının qərargahında toplantı
Müsavat Partiyasının qərargahında toplantı

Deputatlığa namizədlər Konstitusiya Məhkəməsi parlament seçkilərini nəticələrini təsdiq etdiyi halda alternativ parlamentin, parlament respublikasına keçidi təmin edəcək yeni konstitusiya layihəsini hazırlayacaq komissiyanın yaradılmasının vacibliyini qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, fevralın 9-da keçirlən seçkilərdə indiyədək keçirilən bütün seçkilərdən çox saxtakarlıq olub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqəlrinin 70 faizində səsvermə zamanı pozuntuların olduğunu qeydə alıb.

“Deputatlığa namizədlər Mərkəzi Seçki Komissiyasına yüzdən çox seçki dairəsini əhatə edən beş yüzdən çox şikayət verib. Yüzdən çox şikayət apellyasiya məhkəməsində baxılmaqdadır. Seçkilərin nəticələrinə qarşı kütləvi etirazlar davam edir. Mərkəzi Seçki Komissiyasının binası qarşısında kütləvi aksiyalar keçirilib,” Arif Hacılı qeyd edib.

Onun fikirncə, bu seçkilərdə deputatalığa namizədlərə pulsuz efir vaxtı verilməyib.

Deputatlığa namizədlər seçkilərin nəticələrinin ləğvini tələb edir
please wait

No media source currently available

0:00 0:03:13 0:00

“Pullu efir vaxtının bir saniyəsinin qiyməti isə 2005-ci il seçkilərindəkindən on dəfə baha olub.”

ReAl Partiyasının icra katibi Natiq Cəfərli yeni deputatların xalqı Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda təmsil etmək hüququna malik olmadığını deyib. Onun firkincə, deputatların saxta seçkilər nəticəsində seçildiyini və xalqı təmsilçilik hüquqnun olmamasını beynəlxalq təşkilatların diqqətinə çatdırmaq lazımdır.

“Biz seçki dairələri üzrə həqiqi səs toplamış namizədlərdən ibarət alternativ parlament yaratmalıyıq. Alternativ parlamentin irəli sürdüyü təşkilflər və təşəbbüslər parlamenti qabaqlayacaq,” o qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki,yeni seçkilərin keçirilməsi qaçılımazdır.

“Təsəvvür edin, 2025-ci ildə bir neçə ay ərzində həm prezident, həm bələdiyyə, həm də parlament seçkiləri keçirlməlidir. Bu isə mümkün deyil. Hökumət bir müddət seçkilərdən qaçmaq istəyir. Amma, mümkün deyil. Demokratik qüvvələr parlamentli respublikaya keçidi təmin edəcək yeni konstitusiya layihəsini hazırlamaq üçün komissiya yaratmalıdır,” İsa Qəmbər qeyd edib.

Çıxışlarda həmçinin müxalifət qüvvələrinin ölkədə demokratiyanın təmin edilməsi baxımından birliynin yaradılmasının vacibliyi qeyd edilib.

Toplantıda fəaliyyətin əlaqələndirilməsi üçün iclas iştirakçıları Müsavat Partiyasının Aparat rəhbəri Gülağa Aslanlı, REAL-ın icraçı katibi Natiq Cəfərli, NİDA hərəkatının üzvü İlkin Rüstəmzadə, D18 Hərəkatının sədri Ruslan İzzətli və ictimai fəal Fərhad Mehdiyev, Bəxtiyar Hacıyev və Limunət Əmrahlıdan ibarət işçi qrup yaradılıb.

Müsavat Partiyasının qərargahında toplantı
Müsavat Partiyasının qərargahında toplantı

Fevralın 9-da Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib. Seçki bülletenlərinə 1314 deputatlığa namizədin adı daxil edilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatındadeyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

“Namizədlərin sayının çox olmasına baxmayaraq, həqiqi siyasi müzakirələrin olmaması səbəbindən seçicilər nəticə yönümlü seçimlə təmin olunmayıb,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG