Accessibility links

Deputatlığa namizədlər və namzədliyini geri götürənlər


Seçki
Seçki

Yanvarın 25-nə olan məlumata görə, Milli Məclsiə deputatlığa namizəd kimi qeydə alınan 237 nəfər namizədliyini geri götürüb.

Bu barədə Mərkəzi Seçki Komissiyası bildirib.

Ümumilikdə deputatlığa namizəd kimi 1637 şəxsin namizədliyi qeydə alınıb. Hazırda deputatlığa namzidələrin sayı 1400 nəfərdir.

Namizədliyini geri götürənlər

Deputatlığa ən az namizədlər Naxçıvandakı 7 seçki dairəsində qeydə alınıb. Belə ki, 1-4-cü seçki dairələrinin hər birindən 3 namizəd, 5-7-ci seçi dairəsinin hər birində 4 namizəd qeydə alınıb. Amma, Bakıdakı 8 saylı Birinci Binəqədi Seçki Dairəsindən artıq 14 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının üzvləridir.

Deputatlığa namizədlərin siyahısnın təhlilindən görünür ki, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir. Belə ki, Yeni Azərbaycan Partiyası partiaynın qərarına tabe olmayan deputatlığa namizədləri dəstəkləməyəcəyini və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verdikdən sonra namizələyini geri götürənlərin sayı 95 nəfərdən 237 çatıb.

Hətta, V çağırış Milli Məclisinin deputatı olan və 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd Hacı Salayev namizədliyini geri götürüb.

Siyavuş Novruzov
Siyavuş Novruzov

Siyavuş Novruzov: Qərara tabe olmayanlar partiyadan çıxarılıb

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov APA agentliyinə bildirib ki, Milli Məclisəkeçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının 200-dən çox üzvü fərdi qaydada deputatlığa namizədliyini irəli sürüb, onların bir qismi partiyadan çıxarılıb.

Novruzov deyib ki, YAP Siyasi Şurası və İdarə Heyətinin qərarı ilə partiya tərəfindən 125 seçki dairəsindən 123-də deputatlığa namizəd irəli sürüb.

Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir.
Siyavuş Novruzov, YAP icra katibinin müavini


“Əlavə namizədliyini irəli sürən vətəndaşlar və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidir. Bu baxımdan YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü. Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar,” Novruzov qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

Seçkilərdə 19 siyasi partiya iştirak edir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin məlumatına görə seçkilərdə 19 siyasi partiya iştirak edir.

Hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 123 nəfərin hamısı qeydiyyata alınıb.

Müsavat Partiyası 81 nəfərin namizədliyini irəli sürsə də onlardan 60 dairədən 64 nəfərin namizədliyi qeydə alınıb.

“Real Cümhuriyyətçilər” blokunun namizədliyini irəli sürdüyü 42 nəfərdən 31-nin namizədliyi qeydə alınıb.

“Hərəkət bloku”nun namizədliyini irəli sürdüyü 18 nəfərdən 16-nın namizədliyi qeydə alınıb.

Parlamentin əvvəlki tərkibindən 31 deputat yenidən namizəd olmayıb.

Milli Məclis
Milli Məclis

Növbədənkənar parlament seçkiləri ilə bağlı qısa məlumat

Azərbaycan Milli Məclisi 125 deputatdan ibartədir.

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Konstitusiyaya görə, Azərbaycanda parlament seçkiləri beş ildən bir keçirlir və növbəti seçkilər bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG