Accessibility links

Deputatlığa namizədlərin MSK-nın binası qarşısındakı aksiyasını polis dağıdıb


MSK-nin qarşısında etiraz aksiyası
MSK-nin qarşısında etiraz aksiyası

Deputatlığa namizədlər seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

Bakı vaxtı ilə saat 20 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizədlərin və fəalların aksıyası polis tərəfindən dağıdılıb.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, polis güc tərbiq edərək, aksiyada işrirak edənlərin hamısnı saxlayıb. Saxlanılanlar arasında jurnalistlər də var.

Polis Mərkəzi Seçki Komissiyasının qarşısındakı aksiyanı dağıdıb
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Bundan əvvəl hadisə yerinə gələn və özünü Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəis müavini kimi təqdim edən şəxs oturaq etirazçıları dağılmağa çağırıb və onlara bu aksiyanın icra orqanları ilə razılaşdırılmadığını deyib.

Fevralın 9-da keçirlən növbədənkənar parlament seçkisində bəzi deputatlığa namizədlər və fəallar "seçkinin nəticələrinin ləğv olunmasını" tələb ediblər.

Öz növbəsində Musavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, MSK qarşısında dinc aksiyada xəsarət alanlar var.

Müsavat Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələri Arzulla Buludlu, Əziz Məmiyev, bastainfo saytının baş redaktoru Mustafa Hajibəyli, Müsavat Partiyasından deputatlığa namizədi Elman Quliyev saxlanılıb.

Saxlanılanlar sırasında deputatlığa namizədlər Rəbiyyə Məmmədova, İradə Cavadova, Fərhad Mehdiyev, Turqut Qəmbər və başqaları, çoxsaylı jurnalistlər var. Həbs olunanlar avtobuslara doldurularaq müxtəlif istiqamətlərdə aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirib ki, fevralın 11-də saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Onun sözlərinə görə 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.

Ehsan Zahidov daha sonra deyib ki, MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib.

"Əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib. Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb."

Ehsan Zahidov həmçinin qeyd edib ki, hazırda araşdırma aparılır, nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Milli Məclisə seçkilər üzrə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova fevralın 11-də Mərkəzi Seçki Komissiyasının binası qarşında seçki saxtakarlığına etiraz olaraq aksiya keçirib. Deputatlığa namizəd üzünü Mərkəzi Seçki Komissiyasının üzvlərinin oturduğu binaya tutaraq uca səslə “Şeytan karuselə cavab ver! Saxtakarlığa son!” şüarları səsləndirib.

“Bunlar saxtakarlıq ediblər. Karuselin, saxtakarlıqların çoxsaylı video görüntüləri var. Deputatlığa namizədlərin üç gün şikayət etmək hüququ var. Mərkəzi Seçki Komissiyası şikayətləri araşdırmadan tələsik 125 dairə üzrə adamların adını açılqlayıb. 10 saylı Buinəqədi Üçüncü Seçki Dairəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturaq aksiya keçirəcəm. Heç yerə getməyəcəm. Şikayətlərə baxmadan saxtakarlıqla keçirilən seçkidə istədiklərini deputat elan ediblər.”

MSK-nin qarşısında aksiya
MSK-nin qarşısında aksiya

Onun sözlərinə görə, 10 saylı seçki dairəsindən təyin edilmiş deputat 30 ildir Milli Məclidə kreslonu zəbt edib.

“O heç deputat kimi də heç bir iş görməyib. 10-cu seçki darəsində seçkilərin nəticələri ləğv edilməyincə MSK-nin qarşısında oturacam,” Rəbiyyə Məmmədova bildirib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə 10 saylı seçki dairəsindən keçmiş deputat Madər Musayev irəlidə gedir.

MSK-nin qarşısında oturaq aksiya
MSK-nin qarşısında oturaq aksiya

Rəbiyyə Məmmədovanın aksiyasına digər deputatlığa namizədlər də qatılıb. Müsavat Partiyasının üzvü olan digər bir deputatlığa namizəd Elman Quliyev də ona qoşulub.

XS
SM
MD
LG