Accessibility links

Derek Hoqan: ABŞ tərəfləri yekun dinc nizamlanmaya nail olmağa çağırır [Video]


Derek Hoqan: ABŞ tərəfləri yekun dinc nizamlanmaya nail olmağa çağırır
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Derek Hoqan: ABŞ tərəfləri yekun dinc nizamlanmaya nail olmağa çağırır

ABŞ-ın müvəqqəti işlər vəkili QHT-lərə qarşı cinayət işi və Dağlıq Qarabağdan danışıb

“Biz bu sahədə Azərbaycan hökuməti ilə birgə işləyirik. Biz Azərbaycan hökuməti ilə üç əsas sahədə əməkdaşlıq edirik. Bunlardan enerji sahəsidir ki, Azərbaycan bu sahədə çox fəal işləyir, əməkdaşlıq edir, töhfə verir. İkincisi təhlükəsizlik sahəsidir. Buraya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin nizamlanması da daxildir. Üçüncü və digər iki sahə ilə eyni dərəcədə əhəmiyyət kəsb edən iqtisadi və siyasi sahədə islahatların aparılmasıdır ki, biz bu sahədə də Azərbaycan hökuməti və müvafiq təşkilatlarla birgə əməkdaşlıq edirik”. Bu barədə ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan Amerikanın Səsinin Azərbaycanda insan hüquqları sahəsində son durum və QHT-lərə qarşı cinayət işi ilə bağlı sualının cavabında bildirib.

O ABŞ-ın Azərbaycanda yeni səfir Robert Sekutanın təyinatının olduğunu və Senatda təsdiqinin gözlənildiyini bildirib. “Biz də bunu səbirsizliklə gözləyirik”, o suala cavabda qeyd edib.

Müvəqqəti işlər vəkili cəbhədə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə bağlı suala cavabda deyib ki, , helikopterin vurulması barədə ABŞ Dövlət Departamentinin sözçüsü,eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri ötən həftə bəyanatlar verib.

“Biz helikopterin vurulmasına gətirib çıxaran hadisələrin baş verməsinə görə təəssüflənirik. Biz münaqişə tərəflərini yenidən münaqişənin dinc yolla nizamlanmasına öz diqqətlərini yönəltməyə çalışırıq.

Prezidentlərin Soçi və dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə, ən son isə Parisdə Fransua Ollandın iştirakı ilə görüşlərində müəyyən irəliləyişlər, razılaşmalar əldə olunub. Biz tərəfləri həmin əldə olunmuş irəliləyişlər və razılaşmaları davam etdirməyə və bunun nəticəsində yekun dinc nizamlanmaya nail olmağa çağırırıq”, o qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG