Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili məcburi köçkünlərlə görüşüb


Amerikanın müvəqqəti işlər vəkili məcburi köçkünlərlə görüşüb
Amerikanın müvəqqəti işlər vəkili məcburi köçkünlərlə görüşüb

ABŞ səfirliyi məcburi köçkün icmaları və Azərbaycan hökuməti ilə işləməyə hazırdır

ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Derek Hoqan Pirşağı və Ramana qəsəbələrində məskunlaşan məcburi köçkünlərə baş çəkib.

Amerika səfirliyinin məlumatına görə, D.Hoqan Azərbaycanın məcburi köçkünləri haqqında məlumat almaq üçün məcburi köçkün ailələrlə görüşüb, məktəbdə olub və düşərgənin rəhbərliyi ilə söhbət edib.

Görüşlər zamanı Hoqan Dağlıq Qarabağ münaqişəsinin azərbaycanlı mülki şəxslərin həyatına təsiri haqqında məlumatlandırılıb.

“Görüşlərdən bu məsələnin azərbaycanlılar üçün nə dərəcədə ağrılı və məyusedici olduğunu öyrəndim”, o qeyd edib.

“ABŞ səfirliyi bu məsələni həll etməyə yardım etmək üçün məcburi köçkün icmalarındakı və Azərbaycan hökumətindəki əməkdaşları ilə işləməyə hazırdır”, o qeyd edib.
.
Məlumatda deyilir ki, Amerika Azərbaycandakı məcburi köçkünlərə yardıma sadiq olaraq qalır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, davamlı həllində tərəflərə yardım etmək məqsədi ilə Minsk Qrupunda işləməkdə davam edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG