Accessibility links

Rusiyalı milyarder Oleq Deripaskanın Nyu-York və Vaşinqtondakı evlərində reyd keçirilib


ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBI) agentləri Kremllə və Donald Trampın 2016-cı ildə prezidentlik kampaniyasının sədri Pol Manafortla əlaqəsi olan rusiyalı milyarder Oleq Deripaskanın Nyu-York və Vaşinqton şəhərlərindəki evlərində yoxlanış aparıb.

Agentlərin Vaşinqtonun ən zəngin məhəllələrindən birində, girişində sarı rəngli lentin üzərində "Cinayət yeri - İçəri girməyin" sözləri yazılmış malikanədən qutular və bir avtomobil apardıqları bildirilib.

ABŞ Federal Təhqiqatlar Bürosunun sözçüsü agentliyin rus oliqarxının evində axtarışın məhkəmənin icazəsi ilə həyata keçirildiyini təsdiqləyib.

Vaşinqtondakı malikanənin bağlama və axtarışının səbəbi aydın deyil və Federal Təhqiqatlar Bürosunun sözçüsü də təfərrüatları açıqlamayıb.

Oleq Deripaska
Oleq Deripaska

Deripaskanın nümayəndəsi Nyu Yorkdakı evin oliqarxın qohumlarına məxsus olduğunu bildirib. Reuters xəbər agentliyi Deripaskanın harada olduğunu müəyyən edə bilməyib.

Federal Təhqiqatlar Bürosunun Nyu-York ofisinin sözçüsü Deripaskanın Nyu- Yorkun Qrinviş Villic (Greenwich Village) məhəlləsindəki evində də "hüquq-mühafizə fəaliyyətini" təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.

ABŞ 2018-ci ildən bəri 53 yaşlı Deripaskaya sanksiyalar tətbiq edir. Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsindən sonra Vaşinqton Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri olduğu üçün ona və digər nüfuzlu ruslara qarşı sanksiyalar tətbiq edib.

Bir zamanlar Manaforda çalışan Deripaska 2018-ci ildə vergilərdən yayınma və bank fırıldaqçılığında günahlandırılan bir neçə mərkəzi fiqurlar arasında yer alıb. Moskba 2016-cı il seçkilərinə müdaxilə iddialarını rədd edir.

Respublikaçıların rəhbərlik etdiyi Senat Komitəsinin keçən il yayımladığı məlumatda Rusiyanın Manafort və WikiLeaks veb saytından istifadə edərək, Trampın seçkilərdə qalib gəlməsinə yardım etdiyi bildirilib. Keçən ilin dekabrında hələ prezident ikən Tramp Manafortu əfv edib.


XS
SM
MD
LG