Accessibility links

Şərqi Azərbaycan vilayətində həbs edilən fəalların qohumları İran rəsmilərini onların hüquqlarının pozulmasında ittiham edir


Əli Babayi, Davud Şiri və Yoruş Mehrəli Biqlu
Əli Babayi, Davud Şiri və Yoruş Mehrəli Biqlu

Şərqi Azərbaycan vilayətində həbs edilən 13 siyasi və vətəndaş fəalının ailələri ittihamlar bəlli olmasa da, İran rəsmilərini onlara qohumları və vəkilləri ilə görüşə icazə verməməkdə ittiham edib.

Həbsdə olan fəal Davud Şirinin qardaşı Əyub Şiri Azadlıq Radiosunun Fərda Radiosuna müsahibəsində deyib ki, qardaşı sentyabrın 22-də Təbrizdəki evinin qarşısında həbs olunduqdan sonra ailəsi ilə cəmi üç qısa telefon zənginə icazə verilib.

Şiri qardaşının ittihamları ilə bağlı aydınlıq olmamasından narahat olduğunu bildirib.

"Bizə heç bir xəbər verilmir. İttihamın nədən ibarət olduğunu bizə deməyiblər və biz hər dəfə soruşanda eyni şeyi deyirlər. Sonra isə rəsmilər fərqli izahatlar verir" - deyə, Əyub Şiri bildirib.

Yılmaz Mehrəli Biqlunun qardaşı Ayat (Yuroş) noyabrın 7-də Culfada həbs edilib. O, ailəsinin oxşar vəziyyətlə üzləşdiyini deyib.

Onun sözlərinə görə, qardaşı həbs edildikdən sonra həyat yoldaşı ilə yalnız qısa danışığı olub və ailə onun Təbriz Kəşfiyyat Təcridxanasında saxlandığından şübhələnir.

"Ədliyyə bizim hərəkətə keçə biləcəyimiz qədər müstəqil deyil. Təbriz məhkəməsinə müraciət etdiyimiz zaman onlar bizə cavab vermədi və yalnız "qardaşın dörd aydır bizim qonağımızdır" dedilər" - deyə, Yılmaz Mehr Ali Biqlu Fərda Radiosuna bildirib.

Bəzi ailələr onların narahatlıqlarının vəziyyətin hüquqi aspektlərindən kənara çıxaraq, məhbusların sağlamlığı və rifahı ilə bağlı məlumatın olmaması kimi məsələlərlə bağlı olduğunu deyirlər.

Marağada həbs edilən Həmid Yeganəpurun fiziki vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər verilib. Tibbi müdaxilə tələb edən ürək xəstəliyinin olmasına baxmayaraq, Yeganəpura kifayət qədər qayğı göstərilmədiyi və qısa müddətli müayinədən sonra xəstəxanadan təcridxanaya qaytarıldığı bildirilib.

Hökumətin bu fəalların həbsləri ilə bağlı hələlik heç bir rəsmi izahat və ya şərh verməməsi onların ailələrinin və insan haqları müşahidəçilərinin narahatlığını daha da artırır.

Forum

XS
SM
MD
LG