Accessibility links

Azərbaycanda ilk developer festivalı


Azərbaycanda ilk developer festivalı
please wait
Embed

No media source currently available

0:00 0:03:00 0:00

Bakıda 2019-cu ilin son ayında ilin ən böyük developer festivalı keçirilib. Google DevFest festivalı dünyanın 950-dən artıq şəhərində keçirilsə də, Bakı şəhərində hələ ilk dəfədir ki təşkil olunub. Festival proqramı daxilində müxtəlif İT (İnformasiya Texnologiyaları) sahələri haqqında müzakirələr, prezentasiyalar və təlimlər keçirilib. Tədbirə 200-dən çox iştirakçı maraq göstərib. Təşkilatçılardan biri olan Səbuhi Nəzərli belə festivalların daha öncəki illər keçirilməməyində özlərini təqsirkar bilir. DevFestlərin əsas məqsədi iştirakçıları İT sahəsində yaranan yeni trendlərlə tanış etmək, onların istifadəsi və faydası barədə məlumatlandırmaqdır. Təşkilatçılar bir neçə ildir ki, festivalı icra etməyə tərəddüd etsələr də, gələn illərdən etibarən tədbiri artıq daha geniş və fərqli etməyi planlayırlar.

XS
SM
MD
LG