Türkiyə rəsmiləri çevriliş cəhdi ilə bağlı hakim və hərbçiləri tutmaqda davam edirlər. Ədliyyə Naziri Bəkir Bozdağ indiyədək 6,000 adamın həbs olunduğu və rəqəmin artacağını bəyan edib.
Türkiyədən son fotolar
1
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Fatih məscidində qiyam cəhdi zamanı həlak olan şəxsin dəfn mərasimində iştirak edir. 17 iyul, 2016.
2
Ağır silahlı cangüdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın maşınını qoruyur.
3
39 yaşlı Cüma Dağın qohumları helikopterdən açılan atəş nəticəsində həlak olmuş Dağın yas mərasimində. Ankara, 17 iyul, 2016.
4
"Blackhawk" hərbi helikopterində Yunanıstana pənah gətirmiş hərbçilər Aleksandrupolis şəhərində prokuror idarəsinə təhvil verilir. Helkopterin 7 ekipaj üzvü Yunanıstandan siyasi sığınacaq istəyiblər. 17 iyul, 2016.