Accessibility links

BMT: Kipr danışıqlarının bərpasına dair razılıq əldə olunub


BMT-nin açıqlamasına görə, etnik tərkibdə bölünmüş Kiprin liderləri yenidən birləşməyə dair danışıqları bərpa etmək barədə razılığa gəliblər. Bu razılıq danışıqların 2 həftə dayandırılmasından sonra əldə edilib.

Yunan Kiprinin prezidenti Nikos Anastasiades və Türk Kiprinin lideri Mustafa Akıncı danışıqların mərhələsini müzakirə etmək və hərtərəfli həllə tez bir zamanda nail olmaq üçün necə addım atılmasına dair fikir mübadiləsi aparmaq məqsədi gələn ay Cenevrədə 4 günlük görüş keçirməyə razılaşıb.

Yanvarın 9-da başlayacaq danışıqlar planlaşdırılan federasiya tərkibində tərəflərin nə qədər əraziyə nəzarət edəcəyinə dair razılıq layihəsi hazırlamağı nəzərdə tutur.

Yanvarın 9-da başlayacaq danışıqlar planlaşdırılan federasiya tərkibində tərəflərin nə qədər əraziyə nəzarət edəcəyinə dair razılıq layihəsi hazırlamağı nəzərdə tutur.

BMT bildirir ki, liderlər danışıqlar prosesinə dərhal başlamağa razılaşıb və müzakirəçilərinə həll olunmamış məsələlərdə irəliləyişə nail olmaq üçün müzakirələri davam etdirməyə dair göstəriş verib.

Liderlər habelə ehtiyac olduğu təqdirdə Cenevrə sammiti öncəsi görüşəcəklər.

Bu açıqlama dünən Anastasiades və Akıncı arasında 4 saat davam edən nahar yeməyi danışıqlarından sonra bəyan edilib. Kiprin bölünmüş paytaxtı Nikosiada BMT-nin nəzarətində olan buffer zonada keçirilən görüşə BMT nümayəndəsi Bars Eyde ev sahibliyi edib.

Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə tanıyır. Beynəlxalq ictimaiyyət bütün adanın yeganə nümayəndəsi kimi Kiprin yalnız cənubundakı yunan hökümətini rəsmən tanıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG