Accessibility links

AXCP fəalı Dəyanət Babayevin istintaqı başa çatıb


AXCP fəalı Dəyanət Babayev
AXCP fəalı Dəyanət Babayev

AXCP hesab edir ki, Babayev etiraz aksiyalarında fəal iştirakına görə siyasi motivlərlə təqib olunur

Nəsimi Rayon Polis İdarəsində AXCP fəalı Dəyanət Babayevin işi üzrə istintaq başa çatıb və iş rayon prokurorluğuna göndərilib.

O, Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunur.

İstintaqın məlumatına görə, noyabrın 7-də axşam D.Babayev Musa Rəhimovla birlikdə ictimai asayişi pozan hərəkətlərə yol verib. Belə ki, sərxoş vəziyyətdə Tofiq Səlimov adlı vətəndaşı təhqir edib, ona bədən xəsarəti yetiriblər.

AXCP bildirir ki, özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən həmin şəxs (Səlimov) fəallara polis bölməsinə getməyi təklif edib. Gənclər ondan xidməti vəsiqəsini tələb etdikdə o qaçıb. Fəallar yaxınlıqdakı polis şöbəsinə bu barədə məlumat verib, lakin heç kim onu saxlamayıb.

Noyabrın 17-də D.Babayev mitinq zamanı 7 sutkalıq həbs edilib. Bu cəza müddəti bitdikdən sonra polis onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verib - həmin cinayət üzrə həbs. Lakin məhkəmə təqdimatı təmin etməyib və D.Babayevdən şəhərdən çıxmamaq haqqında iltizam alınıb.

Gənc fəal hazırda iştintaqın başa çatması və təsdiqlənmək üçün prokurorluğa verilməsi ilə yenidən həbs qətimkan tədbirinin seçilməsi məsələsinin ortaya çıxa biləcəyindən ehtiyatlanır.

Onun sözlərinə görə, M. Rəhimovun işi ayrıca icraata götürülüb.

AXCP hesab edir ki, D.Babayev etiraz aksiyalarında fəal iştirakına görə siyasi motivlərlə təqib olunur. Günahı sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG