Accessibility links

Britaniya baş naziri Əfqanıstana gözlənilməz səfər edib


Böyükk Britaniya baş naziri Deyvid Kameron Talibanla sülh danışıqlarına təkan vermək və Kabil hökumətinə beynəlxalq dəstəyin davam etdiyini bildirmək üçün bu gün Əfqanıstana gözlənilməz səfər edib.

Cənab Kameron prezident Həmid Karzayla danışıqlar aparmaq üçün paytaxta getməmişdən öncə Əfqanıstanın cənubundakı Britaniya hərbi bazasını ziyarət edib.

Onun səfəri Talibanın müharibənin bitməsi ümidlərini puç edən son hücumundan bir neçə gün sonraya təsadüf edir.

Hökumət və beynəlxalq qüvvələrə qarşı həyata keçirilən hücumlarda Taliban təqsirləndirilir.
XS
SM
MD
LG