Accessibility links

Deyvid Kramer Yanukoviçə qarşı sanksiyalara çağırıb


Deyvid Kramer
Deyvid Kramer
Dünya ölkələrində demokratiya və insan hüquqlarının müdafiəsi ilə məşğul olan Freedom House təşkilatının direktoru Deyvid Kramer Ukryana prezidenti Viktor Yanukoviçin öz şəxsi maraqlarını xalqın maraqlarından üstün tutduğuna görə ona və onun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

“Öz şəxsi maraqları olmasa, Yanukoviç ölkəsinin Avroatlantik təsisatlara inteqrasiyasında heç vaxt maraqlı olmayıb”-deyə Deyvid Kramer Washington Post qəzetində yazdığı məqalədə bildirib.

Deyvid Kramerin sözlərinə görə, Viktor Yanukoviç əsas rəqibi olan Yuliya Timoşenkonu cəzalandırdıqdan sonra hakimiyyətdən özü və ailəsini varlandırmaq məqsədilə istifadə edib. Freedom House təşkilatının prezidenti yazıb ki, Ukraynanın siyasi dailərələrində Yanukoviç ailəsi tərəfindən genişmiyqaslı korrupsiyasının nəzərdə tutulduğu “ailələşdirilmə” kimi bir termin işlədilməyə başlayıb. Deyvid Kramerin qeyd etdiyi kimi, prezidentin diş həkimi olan oğullarından biri 2011-ci ildə Ukrayananın ən zəngin 100 adamı arasında göstərilib.

Viktor Yanukoviç əsas rəqibi olan Yuliya Timoşenkonu cəzalandırdıqdan sonra hakimiyyətdən özü və ailəsini varlandırmaq məqsədilə istifadə edib

“Yanukoviçin hakimiyyəti saxlaması təkcə maliyyə maraqları ilə izah edilmir. Əgər o, hakimiyyətdən getsə, o özü, onun oğulları və yaxınları istintaqa cəlb edilə və hətta cəzalandırıla bilərlər. O hətta 2011-ci ildə hakimiyyətdən sui-istifadə etməklə əlaqədar qalmaqallı məhkəmə prosesindən sonra həbs etdiyi Timoşenko ilə yerini dəyişə bilər”-deyə Deyvid Kramer qeyd edib.

Deyvid Kramer bu həftə ATƏT-in xarici işlər nazirlərinin Ukraynada keçiriləcək iclasına da toxunub. “Avropa ölkələrinin xarici işlər nazirləri düzgün olaraq iclasa gəlməmək qərarı verən ABŞ Dövlət katibi Con Kerridən nümunə götürməlidir. Qərb ölkələrinin Kiyevə gələn nümayəndələri rəsmi görüşlərdən imtina edərək, həmrəylik göstərmək üçün etirazçılarla küçəyə çıxmalıdır. Onlar eyni zamanda aydın bildirməlidir ki, hökumətin etirazçılara qarşı gücdən istifadə etməsi-rəsmilər həftə sonu bir neçə nümayişi qəddarlıqla dağıtmışdı-Yanukoviç prezident olduğu müddətdə Avropa ilə gələcəkdə hər hansı razılaşmanın əldə edilməsi imkanını yox edir”-deyə Deyvid Kramer məqalədə yazıb.

Freedom House təşkilatının prezidenti bildirib ki, gücdən istifadə edilməsi ABŞ-ın Rusiyada insan hüquqlarını ciddi şəkildə pozan rəsmilərin məusliyyətə cəlb edilməsi məqsədilə qəbul etdiyi Maqnitski qanununa uyğun sanksiyalar tətbiqi ilə nəticələnməlidir.

Qərb ölkələrinin Kiyevə gələn nümayəndələri rəsmi görüşlərdən imtina edərək, həmrəylik göstərmək üçün etirazçılarla küçəyə çıxmalıdır

“Ukrayna rəsmiləri, o cümlədən, Yanukoviç və onun oğullarını nəzərdə tutan sanksiyalar qan tökülməsinin qarşısının alınması, Timoşenkonun azad edilməsi və boksçu Vitali Kliçkonun prezidentliyə namizədliyini irəli sürməsini qadağan edən qanunun ləğv edilməsinin, eləcə də Ukraynaya Qərbə inteqrasiya üçün yeni ümidin verilməsinin yeganə yoludur. Belə ölçülər həm də Yanukoviçin son on ildə ikinci dəfədir Ukraynanın gələcəyini qaçırmaq cəhdinə etiraz edən yüz minlərlə ukraynalıya dəstək mesajı göndərmiş olardı”-deyə Deyvid Kramer öz məqaləsində yazıb.
XS
SM
MD
LG