Accessibility links

Homoseksual cütlüyə evlənmək haqda şəhadətnamə verməkdən imtina edən məhkəmə işçisi azad edilib


Kentukki ştatında əyalət məhkəməsinin işçisi homoseksual cütlüyə evlənmək haqda şəhadətnamə verməkdən imtina etdiyinə görə həbs edildikdən sonra azadlığa buraxılıb.

Federal hakim dini əqidəsinə görə homoseksual cütlüyə evlənmək haqda şəhadətnamə verməkdən imtina etməkdə günahkar tanıyaraq Kim Deyvisi altı gün həbsdə saxlanıldıqdan sonra onun azad edilməsi haqda qərar çıxarıb.

Deyvisin azadlığa buraxılması onun saxlanıldığı həbsxana qarşısında toplaşan yüzlərlə tərəfdarının təəcübünə səbəb olub.

Prezidentliyə respublikaçı namizəd Mayk Hakabi Kim Deyvis çıxış edərkən onunla birgə dayanaraq, onun cəsur hərəkətini yüksək qiymətləndirib.

Hakimin təkid etməsinə baxmayaraq Deyvis şəhadətnamə verməkdən imtina edib. Ali məhkəmə eynicinsli insanların evlənməsini iyun ayında qanuniləşdirib. Lakin Xristian dininə inanan Deyvis qəzəbli homoseksual çütlüyə deyib ki, "o, Allahın qanununa xidmət edir".

Kim Deyvis həbsdə olduğu zaman onun beş müavininə lisenziya verilib.

Deyvisi azadlığa buraxan hakim onun müavinlərinə homoseksual cütlərə evlənmək haqda şəhadətnamə verilməsinə mane etməmək haqda göstəriş verib.

Bir neçə gündən sonra onun işə qayıdacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG