Accessibility links

Laboratoriya brilyantı ilə təbii brilyant arasında fərq yoxdur [Video]


Son zamanlar brilyant sənayesi çətinlikərlə üzləşir. Belə ki, gənclər arasında evlənənlərin sayı azalıb və brilyant qaşlı nişan üzükləri bahadır. Bu arada, laboratoriyalarda yetişdirilən brilyantların bazardakı payı tədricən artır.

Həmişə məhəbbətin sinonimi sayılan brilyantın qiyməti də bahadır. Lakin laboratoriyalarda yetişdirilən brilyantlar artıq bazara çıxmağa başlayıb. "Pure Grown Diamonds" şirkətindən Kelli Qud: “Tərkib eynidir. Bu, xalis brilyantdır. Fərq yalnız ondadır ki, biri təbii şəraitdə, digəri isə laboratoriya şəraitində ərsəyə gəlib.”

Mütəxəssislər laboratoriya brilyantının mədən brilyantı ilə eyni olduğunu deyirlər. Beynəlxalq Gemoloji İnstitutundan David Vaynşteyn: “Brilyantın müəyyən kimyəvi tərkibi var. Bu baxımdan laboratoriya şəraitində yetişdirilən brilyantla mədən brilyantı eynidir.”

Fərq yalnız ondadır ki, brilyant laboratoriya şəraitində bir neçə aya, təbii şəraitdə minlərlə ilə yetişir. Əslində isə laboratoriyada yetişdirilən brilyantın mədən brilyantından fərqi həm də təmizliyindədir. “Mən brilyanta, yaxud digər kristallara baxanda onların sünı düzəldilmədiyini görürəm. Hər bir daş bizə öz mənşəyindən xəbər verir. Bizim gemoloqlarımızin bundan başı çıxır” deyə, David Vaynşteyn bildirir.

Laboratoriyada yetişdirilən və yavaş-yavaş artan brilyantlar ildə 14 milyard dollar gəlir gətirir. Kelli Qud: “Bizim müştərilərimiz əsasən gənclərdir. Hər nişanlanan gənc hökmən laboratoriyada yetişdirilən brilyant alır. Onlar həm də bunun ətraf mühitə təsirindən razıdırlar. Bu, istixanada yetişdirilib. Bunun karbon tullantısı da azdır.”

Laboratoriyada yetişdirilən brilyant təbii brilyantdan 30-40 faiz ucuzdur. Bazar təhlilçilərinin dediyinə görə, laboratoriya şəraitində yetişdirilən brilyantlar 2020-ci ilə qədər marketin 15 faizdən çoxunu təşkil edəcək.

XS
SM
MD
LG