Accessibility links

Almaniyada miqrant qaçaqmalçılığında şübhəli bilinən avtofurqonun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb


Alman rəsmiləri deyirlər ki, federal polisin dayandırma əmrindən qaçmaq istəyərkən qaçaqmalçılıqda şübhəli bilinən avtofurqonun aşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Səlahiyyətlilər bildirirlər ki, sürücü A94 şossesinin Münhenin şərqində, Avstriya sərhədinə doğru hərəkət edən Ampfing yaxınlığında avtomobilin idarəetməsini itirib.

A94 qaçaqmalçılıq marşrutu kimi tanınır.

Mikroavtobusda uşaqlar da daxil olmaqla 20-dən çox adam olub.

Associated Press xəbər verir ki, avtofurqonda suriyalılar və türklər olub, sürücü isə vətəndaşlığı olmayan Avstriya sakini olub.

Avropa son vaxtlar miqrantların gəlişində artım müşahidə edir. Almaniya çoxlu sayda miqrantların üz tutduğu yerdir.

Forum

XS
SM
MD
LG