Accessibility links

Daxili İşlər Nazirliyi: Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır


Daxili İşlər Nazirliyinin binası
Daxili İşlər Nazirliyinin binası

Azərbaycan Daxili İşlər Nazirliyi Bakının "Fəvvarələr meydanı"nda baş vermiş aksiya ilə bağlı rəsmi açıqlama yayıb.

“Bu gün saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki "Fəvvarələr meydanı"nda ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib” - deyə, məlumatda deyilir.

Məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

"Qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar. Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır" - deyə, rəsmi cavabda qeyd edilib.

Dekabrın 1-də Bakının "Fəvvarələr meydanı"nda hazırda həbsxanada 26 gündür aclıq aksiyası keçirən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.

Hüquq müdafiəçilərinin təşkilatçılığı ilə keçirilən etiraz aksiyasında “Saleh Rüstəmliyə azadlıq!”, “Saleh bəyi öldürməyin, azad edin!” şüarları səsləndirilib.

Polis aksiyaya müdaxilə edib, çoxsaylı etirazçı saxlanılıb. Saxlanılanlar arasında bir çox fəallar, o cümlədən keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, İlkin Rüstəmzadə, Mete Türksoy, Nigar Həzi və digər çoxsaylı fəallar var.

İctimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoy bir neçə gün öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etmişdilər. Müraciətdə bildirilir ki, onlar Bakıda dinc, sivil aksiya keçirmək istəyirlər. Onlar BŞİH-dən aksiya iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını xahiş ediblər. Müraciətə hələ cavab verilib-verilmədiyi bəlli deyil.

Hazırda həbsdə olan Saleh Rüstəmli 26 gün öncə, noyabrın 5-də aclıq aksiyasına başladığını açıqlayıb. Onun yaxınları və vəkili bildirib ki, Rüstəmli aksiyaya səbəb kimi icrasına başlanan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ildən artıqdır həbsdə saxlanması və ailəsinin mülkiyyətinin müsadirəsini göstərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG