Accessibility links

Azərbaycanda Ramazan ayı başlayıb


Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazisinin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edir. Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin məlumatında deyilir.

Bu il əhya gecələri Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edir ki, bu da iyunun 3-nə düşür.

İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə (iyunun 5-nə), sonuncu əhya gecəsi isə iyunun 11-nə təsadüf edir.

Ramazan ayı iyunun 15-də başa çatır. Bununla əlaqədar hökumət 15 və 16 iyunu qeyri-iş günü elan edib. İyunun 15-i həm də Milli Qurtuluş günü, iyunun 16-ı isə şənbə günü olduğundan iyunun 18 və 19-u da istirahət günləri olacaq. Beləliklə, iyunun ortalarında ölkə əhalisi beş gün istirahət edəcək.

2015-ci ilin rəsmi statiskalarına görə, Azərbaycan əhalisinin 93.4 %-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyil. Yerdə qalan 0,5 %-ə isə digər dinin mənsublarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG