Accessibility links

“Yeqovo şahidləri” sektasının iki üzvü azadlığa buraxılıb


“Yeqovo şahidləri” sektası
“Yeqovo şahidləri” sektası

“Yeqovo şahidləri” sektasından iki qadın bir illik həbs cəzasından sonra azadlığa buraxılıb. Yanvarın 28-də Bakının Pirallahı rayon Məhkəməsi 55 yaşlı əmək qabiliyyəti olmayan qadın İrina Zaxarçenkonu və 38 yaşlı Validə Cəbrayılovanı azad edib. Sonuncu həbsdən öncə öz yaşlı anasına baxırmış.

Məhkəmə onları qadağan edilmiş dini ədəbiyyatın yayılması ittihamı üzrə pul cəriməsi ilə cəzalandırıb. Bu cəza növü elan edildikdən sonra onlar məhkəmə zalından azad buraxılıblar.

Bu barədə Amerikanın Səsinə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov məlumat verib.

“Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə (düşüncə, vicdan və din azadlığı) zidd olaraq bu xəstə qadınlar demək olar ki, bir ildir ki, həbsdədir”, o qeyd edib.

İ.Zaxarçenko və V.Cəbrayılova bir il öncə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub.

“Dindarlara təzyqlər davam edir. “Rəhimə xanım” məscidinin axundu Nuhbala Rəhimov həbs edilib. Salyanda 58 yaşlı Hacı İnqilab Əhədli dövlətə xəyanət ittihamı ilə həbs olunub. Onun həbsi barədə doğmalarına məlumat verilməyib. Nurçular İsmayıl Məmmədov, Eldəniz Hacıyev, Şahin Həsənov, Zəkəriyyə Məmmədov və Rəvan Səbzəliyev də həbs olunub”, E.Həsənov bildirib.

Onun sözlərinə ğörə, Azərbaycanda 93 siyasi məhbusdan 48-i dindardır.

Öz növbəsində, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir. Dövlət rəsmiləri ölkədə əqidəsinə, siyasi və dini baxışlarına görə insanların həbs edilmədiyini bəyan edir.

Bununla yanaşı, Amnnesty international Azərbaycanda otuzdan çox insanı “vicdan məhbusu” telan edib. Yerli hüquq müdafiəçilərinin iddialarına görə isə ölkədə 20-dən 100-dək siyasi məhbus var.

XS
SM
MD
LG