Accessibility links

Dinara Yunus: Xəstə anama əzab verirlər


Valideynlərinin hər ikisi həbsdə olan Dinara Yunus bu günlərdə Amerikanın Səsinin suallarını cavablandırıb.

Amerikanın Səsi: Sonuncu dəfə valideynlərinizlə nə vaxt danışmısınız? Onlar həbs olunandan bəri danışmaq imkanınız olubmu?

Dinara Yunus: Sonuncu dəfə anamla iyulun 29-da, həbs olunmasından bir gün əvvəl danışmışam. Həmin gün o, güclü səslənirdi, amma fiziki durumu pisləşməyə başlamışdı. Bu, ötən aylarda baş verənlərin stressindən qaynaqlanırdı. Anamın həbsi haqda internetdən xəbər tutdum. Atamla sonuncu dəfə avqustun 4-də danışmışam. O, çox yorğun səslənirdi – keçirdiyi mikro-infarktdan sonra hələ də dirçəlməmişdi. Bu, valideynlərimin apreldə saxlanmasından sonra baş vermişdi. Amma məni əmin etməyə çalışdı ki, durumu yaxşıdır. O, hazırda işgəncələrin baş verdiyi Milli Təhlükəsizlik Nazirliyində saxlanılır.

Amerikanın Səsi: Ananıza həbs kamerasında göstərilən fiziki təzyiqlər haqda düşüncələriniz nədir? Ananızın səhhətindən narahatsınızmı?

qanun keşikçisi olmalı olan mayor anama hücum edərək onu qəddarcasına döyüb – mənim yaşlı, günahsız, şəkər xəstəsi olan əziz anamı. Qadına əl qaldıran – onu yumruqla vuran, saçından dartan bu adama kişi demək olmaz.

Dinara Yunus: Mən Kürdəxanı saxlanma mərkəzində anama göstərilən fiziki və psixoloji təzyiqlərdən çox narahatam. Anama onunla bir kameraya salınmış residivist qadın ona müntəzəm şəkildə hücum edir. Üstəlik qanun keşikçisi olmalı olan mayor anama hücum edərək onu qəddarcasına döyüb – mənim yaşlı, günahsız, şəkər xəstəsi olan əziz anamı. Qadına əl qaldıran – onu yumruqla vuran, saçından dartan bu adama kişi demək olmaz. Mənim anamın başına bunları gətiriblər. Ona görə də təəccüblü deyil ki, bu adamlar anama hücum edənə göz yumurlar və üstəlik anama töhmət verirlər. Mən anamın sağlıq durumundan və təhlükəsizliyindən çox narahatam. Anam nə həmin residivst qadın, nə həbsxana məmurları, nə də ki, avtoritar Əliyev rejimi tərəfindən qorunmur.

Amerikanın Səsi: Yunus ailəsi Azərbaycanda insanlar haqlarının durumu ilə bağlı yardım üçün BP neft şirkətinə müraciət edib. Siz bu sahədə əlavə işlər görməyi planlaşdırırsınızmı?

Arif və Leyla Yunus
Arif və Leyla Yunus

Dinara Yunus: Təəssüf ki, BP-ni Azərbaycanda yalnız iqtisadi mənfəəti maraqlandırır. Neft gəlirləri gözünü tutmuş şirkət Azərbaycanda insan haqlarının tapdanmasına məhəl qoymur. Əfsus. Amma onun vecinədirmi? Hesab edirəm ki, BP Azərbaycanda siyasi məhbus və insan haqları məsələsini qaldırmağa kifayət qədər güclüdür. BP dərhal valideynlərimin və bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etməlidir. Mümkündür ki, BP-ni eşitsinlər. Amma o, sükut saxlamağa üstünlük verir və rejimi tənqid etməkdən çəkinir. BP-nin Azərbaycanda qazandığı pullar qana, işgəncəyə və valideynlərim kimi azad düşüncəli insanların əzablarına bulaşıb.

Amerikanın Səsi: Üzləşdiyiniz durum unikaldır. Valideynlərinin hər ikisinin həbsdə olması adamda nə kimi hiss yaradır? Hadisələrin bu cür gedişatından təəccüblənirsinizmi?

Dinara Yunus: Təəccüblənmirəm. Valideynlərim insan haqları uğrunda mübarizənin qurbanıdırlar. Hökumət Qərbdə “demokratik” olmasını göstərmək istəyəndə, insan haqları müdafiəçiləri Azərbaycandakı reallığı

Öz həyatlarını riskə qoyaraq mənim valideynlərim vicdan məhbuslarını, siyasi məhbusları müdafiə edirdilər. İndi onların özləri vicdan məhbuslarıdır.

göstərirlər. Prezident İlham Əlyev deyəndə ki, Azərbaycnda siyasi məhbus yoxdur, anam siyasi məbusların siyahısını açıqlamaqla bunun əksini sübut edirdi. O, atamla bərabər hüquq pozutnularını sənədləşdirirdi. Öz həyatlarını riskə qoyaraq mənim valideynlərim vicdan məhbuslarını, siyasi məhbusları müdafiə edirdilər. İndi onların özləri vicdan məhbuslarıdır. Mənim anam Eurovision mahnı müsabiqəsi ərəfəsində evləri sökülən adamların müdafiəsinə qalxmışdı. Sonra hökumət Sülh və Demokratiya İnstitutunun binasını, evimizi dağıtmaqla valideynlərimi cəzalandırdı. Mən çox narahatam ki, valideynlərimi yaxın zamanda azad, bəlkə də sağ görməyəcəyəm.

Amerikanın Səsi: Valideynlərinizlə bağlı ən xoş xatirəniz nədir?

Dinara Yunus: Mən bir dəfə valideylərimin rəqs sinfinə getdim. Onlar tanqo öyrənirdilər. Onları bir yerdə rəqs edərkən görmək qiyamət idi. Onlar birgə rəqs etməyi sevirdilər. Ümid edirəm ki, onlar yaxın gələcəkdə bunu yenə də edəcəklər.

Amerikanın Səsi: Azərbaycanda sonuncu dəfə nə vaxt olmusunuz? Hazırda haradasınız? Orada həyat necədir?

Dinara Yunus: Azərbaycanı beş il əvvəl tərk etmişəm. Hazırda Hollandiyada yaşayıram. Burada özümü təhlükəsiz və qorunmuş hiss edirəm. Mən valideynlərmin də belə azad və təhlükəsiz şəraitdə olmasını istəyirəm. İstəyirəm ki, onlar dinc, stressiz həyata yaşasınlar. Fikirləşirəm ki, onların özləri haqda fikirləşməsinin vaxtı yetişib.

Amerikanın Səsi: Azərbaycan ictimaiyyətinə, hökumətinə mesajınız varmı?

Dinara Yunus: Mən anamın Azərbaycan prezidentinə açıq məktubundan sitat gətirmək istəyirəm: “Siz bizə qarşı heç bir iddia irəli sürə bilməzsinniz. Həyatımızın başlıca qayəsi qanuna riayət etmək olub. Ona görə də siz bizi təqib edərkən qanunu pozmuş olursunuz.”

Amerikanın Səsi: İnanırsınızmı ki, valideynləriniz yaxın gələcəkdə azad olunacaq? Qərb və ABŞ onların azad olması üçün nə edə bilər?

BP neft şirkətinin baş qərargahı qarşısında etiraz aksiyası, London.
BP neft şirkətinin baş qərargahı qarşısında etiraz aksiyası, London.

Dinara Yunus: Fikrimcə bu, Azərbaycana qarşı kəskin ölçülər götürüldüyü halda mümkün ola bilər – ola bilsin sanksiyalar Qərb ölkələrinin yürütdükləri sakit diplomatiya mənim valideynlərimə kömək etmir. Anamın vəziyyəti daha da ağırlaşır. Belə görünür kik, anamın xəbərdarlıqlarını ciddiyə almayıblar. O, dəfələrlə alçaltmalara və hücumlara məruz qalıb. Güman edirəm ki, məhkəmə valideynlərim haqda həbs qətimkan tədbirini uzadacaq. Mən ABŞ və Qərb ölkələrindən xahiş edirəm ki, Azərbaycan hökumətindən açıq şəkildə valideynlərimin dərhal azad olunmasını tələb etsinlər. Atam və anam tanınmış insan haqları müdafiəçiləridir. Avropa Parlamenti Azərbaycanda insan haqlarına dair qətnamə qəbul edərək valideynlərimin dərhal azad edilməsini tələb edib. Qərb dövlətləri Azərbaycan hökumətindən həmin qətnaməyə riayət etməsini və öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsini tələb etməlidirlər – o öhdəliklər ki, Azərbaycan onları heç vaxt yerinə yetirməyib.

Amerikanın Səsi: İnanırsınız ki, valideynləriniz azadlığa çıxdıqdan sonra Azərbaycanı tərk edəcəklər? Onların Azərbaycanı tərk etməsini istəyərdinizmi?

Dinara Yunus: Valideynlərimin adından danışa bilmərəm. Bu, onların öz seçimi olacaq. Əlbbəttə, mən onların ölkədən çıxmasını istəyirəm. Onlar artıq gənc deyillər. Anamn 50-dən çox yaşı var. Atamın yaşı yanvarda 60 olacaq. Onun ürək, yüksək qan təzyiqi, anamın şəkəri, yüksək ağrıları var - ələlxüsus nəzarətçi tərəfindən döyüldükdən sonra. Hər iki gözündən əməliyyat olunub. Valideynlərimə təcili tibbi qayğı lazmıdr. Onların həbsdə qalması həyat-ölüm məsələsidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG