Accessibility links

Dini fəal aeroportda saxlandıqdan sonra sərbəst buraxılıb


“Müsəlman Birliyi” Hərəkatının (MBH) üzvü fevralın 5-də Moskvadan gələrkən Bakı aeroportunda saxlanılan Elvin Muradov axşam saatlarında sərbəst buraxılıb.

"Müsəlman Birliyi” Hərəkatının məlumatına görə, Elvin Muradov Bakı hava limanından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və sonra sərbəst buraxılıb.

"Müsəlman Birliyi" Hərəkatı Rusiyada yaşayan Muradovun saxlanmasını təşkilatın lideri Tale Bağırzadə və həbs olunmuş digər fəallar haqqında şer və mahnı yazması ilə əlaqələndirib.

Daxili İşlər Nazirliyi isə Elvin Muradovun saxlanması barədə məlumatlara hələ münasibət bildirməyib.

Tale Bağırzadə Müsəlman Birliyi Hərəkatının sədridir. O, 2015-ci ildə baş verən Nardaran hadisələrində saxlanılaraq 20 il həbsə məhkum edilib. Ümumilikdə həmin hadisələrlə bağlı 80 nəfərədək şəxs həbs olunaraq mühakimə edilib. Onlar qətl, terrorçuluq, silah saxlamaq və başqa əməllərdə günahlandırılıb. Həmin hadisələrdə həbs edilənlərin bəziləri artıq azadlıqdadır.

Nardaran hadisələrində 2-si polis olmaqla, 6 nəfər ölüb. Amma Bağırzadə və tərəfdarları məhkəmədə ittihamları qəbul etməyib, polisləri onların öldürmədiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG