Accessibility links

Dini fəal Anar Cabbarova qarşı narkotik ittihamı irəli sürülüb


Anar Cabbarov
Anar Cabbarov

"Müsəlman Birliyi" Hərəkatının fəalı Anar Cabbarovun taleyinə aydınlıq gətirilib. O, Türkiyədə saxlanılıb və iki həftə öncə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bu müddətdə Anar Cabbarovun doğmaları onun saxlandığı yer və ona qarşı irəli sürülən ittihamların məzmunu barədə məlumat ala bilməyiblər. İndi məlum olub ki, Cabbarov Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

Bu barədə onun ailə üzvləri məlumat verib.

Cabbarov narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur. Doğmaları hesab edirlər ki, ona qarşı ittiham saxtalaşdırılıb, həbsi isə sifarişdir. Anar Cabbarovun hüquqlarını vəkil Bəhruz Bayramov müdafiə edəcək.

"Müsəlman Birliyi" Hərəkatının fəalı A.Cabbarov Türkiyədə saxlanılıb və martın 22-də Bakıya gətirilərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCQMİ) təhvil verilib.

Anar Cabbarov 2015-ci il Nardaran hadisələrindən sonra Azərbaycanı tərk edib. Bir müddət Rusiyada yaşayıb, sonra Türkiyəyə gedib.

2015-ci ilin noyabrında "Müsəlman Birliyi" Hərəkatının fəallarına qarşı kütləvi həbslər başlayıb. Təşkilatın lideri Taleh Bağırov də daxil olmaqla, qurumun 46 fəalı və tərəfdaş hazırda həbsdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG