Accessibility links

ABŞ 2018-ci ildə Suriya məsələsində Rusiya ilə əməkdaşlığa davam edəcək


ABŞ diplomatı cümə axmaşı bildirib ki, Birləşmiş Ştatlar Suriyada İŞİD-i məğlub etmək üçün 2018-ci ildə Rusiya ilə əməkdaşlıq etməyə davam edəcək.

İŞİD-in Məğlub Edilməsi üçün Qlobal Koalisiyada ABŞ-ın təmsilçisi Brett MakQurk müxbirlərə deyib ki, ABŞ Suriya müharibəsini BMT-nin nəzarəti ilə keçiriləcək konstitusional seçkilərlər həll edilməsində maraqlıdır.

MakQurkun sözlərinə görə, ABŞ-ın Rusiya ilə “praqmatik və realistik diplomatiyası” nəticəsində İslam Dövləti Suriyada nəzarət etdiyi ərazinin 98 faizini itirib.

Diplomat həm də bildirib ki, BMT-nin verdiyi məlumata görə hər ay 1000-ə yaxın suriyalı qaçqın öz evlərinə qayıdır. Lakin əlavə edib ki, hələ heç kim bayram etməyə tələsmir, belə ki, İŞİD Suriyada tam məhv edilməyib.

XS
SM
MD
LG