Accessibility links

Diplomat: Tramp Zelenskinin "təhqiqat, Bayden, Klinton" sözlərini işlətməsini istəyib


Volodimir Zelenski və Donald Tramp

Prezident Donald Tramp Ukrayna prezidentinin mikrofon önündə bu üç sözü dilə gətirməsini istəyib: təhqiqat, Bayden və Klinton.

Trampın üzərində impiçment araşdırması aparan Demokratlar ötən ay dövlət katibinin müavinin yardımçısının Konqres önündə verdiyi ifadəsinin transkriptini yayıb.

Kent deyib ki, Trampın Volodimir Zelenskidən eşitmək istədiyi sözləri ona Trampla birbaşa əlaqəsi olan administrasiya rəsmiləri söyləyib.

“Mesaj bu idi: Zelenski icitmaiyyət önündə çıxış edərək bu üç sözü dilə gətirməli idi”, Kentin dediyi bildirilib.

Corc Kent
Corc Kent

Yardım niyə dayandırılmışdı

Demokratlar Trampın Zelenski 2020-ci ildə prezidentləyə Demokrat namizəd Co Baydenlə bağlı korrupsiya təhqiqatı aparacağını açıq şəkildə elan etməyənədək Urayanaya hərbi yardımı danayandırıb-dayandırmadığını müəyyən etmək istəyirlər. Tramp həmçinin Ukraynanın Demokratlar və onların namizədi Hillari Klintonun adından 2016-cı il prezident seçkisinə müdaxilə etdiyini təkid edir.

Kent deyib ki, o “həm Ukrayna, həm ABŞ-da qanunin aliliyinə xələl gətirəcək siyasi motivli təqibləri başlatmaq səylərindən” narahat idi.

Culianinin hücumları

Kent həmçinin ifadəsində Trampın şəxsi vəkili Rudi Culianinin Tramp ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçi vəzifədən azad etmədən öncə ona qarşı “yalanlar kampaniyası” apardığını bildirib.

"Onun sabiq səfir Yovanoviçlə bağlı ittihamları və iddiaları əsassız və yanlış idi. Cənab Culiani bir neçə ay boyunca yalanlar və yanlış məlumatlarla dolu kampaniya aparırdı", Kent ifadəsində bildirib.

Kent deyib ki, Culiani hücumlarında onun özünü də hədəf alıb və ona Ukrayna mövzusunda “səssiz” qalmasına dair göstəriş verilib.

Rudi Culiani
Rudi Culiani

"Culiani 2019-cu ilin ilk yarısında Dövlət Departamenti ilə məsləhətləşmirdi. Bildiyim qədərilə də, heç vaxt ABŞ-ın siyasətini təbliğ etdiyini demirdi”, Kent söyləyib.

Demokratlar və administrasiyadakı bəzi insanlar Culianini Ukrayna hökümətinə Bayden, Baydenin oğlu Hanter və Demokratlarla bağlı təhqiqat aparması üçün təzyiq göstərərkən Dövlət Departamentinin arxasından “qaranlıq xarici siyasət” aparmaqda ittiham edib.

Baydenlərin korrupsiyasına dair heç bir dəlil ortaya çıxmayıb. Ukraynanın 2016-cı il prezident seçkisinə müdaxiləsinə dair ittihamlar isə sübutu olmayan konspirasiya nəzəriyyələrinə əsaslanır.

Kent, Yovanoviç və ABŞ-ın Ukraynadakı hazırkı səfiri Vilyam Teylorun gələn həftə ictimaiyyətə açıq şəkildə ifadə verəcəkləri gözlənilir.

Pensin müşaviri ifadə verib

Cümə axşamı vitse-prezident Mayk Pensin xüsusi müşaviri Cennifer Vilyams da impiçment araşdırması çərçivəsində ifadə verib.

Cennifer Vilyams
Cennifer Vilyams

Deyilənə görə, Vilyams bildirib ki, Trampla Zelenski arasında iyulun 25-də baş tutan telefon danışığı adi telefon danışığı olub, çünki onun məğzi diplomatik deyil, siyasi olub.

Onun sözlərinə görə, o, Pensin heç vaxt Baydenlər və ya Demoratlarla bağlı təhqiqatın aparılmasına dair nə isə söylədiyini eşitməyib.

Tramp Zelenski ilə telefon danışığını “qüsursuz” adlandırıb, Demokratları ifritə ovu ilə məşğul olmaqda ittiham edib və impiçment araşdırmasını fırıldaq adlandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG