Accessibility links

“Diqlas" Ticarət Mərkəzində sahibkarlara dəymiş ziyanı dövlət ödəyəcək


“Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən hər bir vətəndaşa dəyən ziyana görə dövlət kompensasiya ödəyəcək.

Bu barədə martın 28-də Bakının Nizami rayon İcra Hakimiyyətinin binasında "Diqlas" Ticarət Mərkəzindəki yanğından zərərçəkən sahibkarlarla görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib.

“Cənab prezidentin tapşırığı nədən ibarətdir. Hər bir sahibkara dəyən ziyan dövlət tərəfindən ödəniləcək. Burada hər şey ədalətlə olmalıdır. Bunun üçün sahibkarların, dövlət orqanlarının, o cümlədən hüquq-mühafizə orqanlarının iştirakı ilə komissiya yaradılacaq. Komissiya baxış keçirməli, hər bir sahibkara dəymiş ziyan müəyyənləşdirməlidir. Amma bu işdə sui-istifadə hallarına yol vermək olmaz” , Mövsümov qeyd edib.

Onun sözlərinə görə, növbəti mərhələdə “Diqlas" Ticarət Mərkəzinin sahibləri dövlət qarşısında cavab verəcək.

Yanğın
Yanğın

Hüseyn Mövsümov əlavə edib ki, ticarət mərkəzinin zirzəmisindəki mallara ziyan dəyməyib.

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonundakı “Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. On saatadək davam edən yanğın nəticəsində 5 mərtəbəli ticarət mərkəzi bütövlükdə yanıb. Ticarət mərkəzində satış nöqtələri olan yüzlərlə sahibkara milyonlarla manat ziyan dəyib.

Bununla yanaşı, rəsmi qurumlar hələ yanğının səbəbləri, nə qədər ərazinin yanması, dəymiş ziyanın miqdarı ilə bağlı məlumat yaymayıb. Eyni zamanda, “Diqlas" Ticarət Mərkəzinin sahibi barədə də rəsmi məlumat yayılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG