Accessibility links

“Diqlas” Ticarət Mərkəzində ziyan çəkmiş sahibkarlar aksiya keçirib


Mayın 13-də "Diqlas" Ticarət Mərkəzinin sahibkarları Nazirlər Kabinetinin qarşısında 26 mart yanğını zamanı onlara dəymiş ziyanın ödənilməsi tələbilə aksiya keçirib.

Sahibkarların sözlərinə görə, artıq iki aydır onlara dəymiş ziyanın kompensasiyası ödənilmir.

"Prezident sərəncam verdi və komissiya təyin olunmalıdır, bizim iştirakımızla ziyanla bağlı akt tərtib olunmalıdır. Lakin bunu etmirlər. 10 gün əvvəl bazar nümayəndəsilə görüşümüz olub, aktı o tərtib edib. Belə olmamalıdır. Kompensasiyaların verilməsi tarixi bizə deyilmir və bu da bizi narahat edir. Hər həftə gəlirik, eyni söz deyib yola salırlar", aksiya iştirakçılarından biri deyib.

Bir müddət sonra Nazirlər Kabinetində etirazçıları qəbul ediblər. Onlara məsləhət görüblər ki, bir qədər də gözləsinlər, çünki istintaq davam edir. Mühafizə xidməti jurnalistləri aksiya yerindən uzaqlaşdıraraq çəkilişə imkan verməyib.

Martın 26-da "Diqlas" Ticarət Mərkəzində yanğın baş verib. Beşmərtəbəli bina demək olar ki, tamamilə yanıb.

Martın 28-də prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması, növbəti gün isə zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG