Accessibility links

Diyarbəkirdə partlayış nəticəsində 7 nəfər ölüb


Diyarbəkir qubernatorluğundan alınan məlumata görə, Türkiyənin cənub-şərqində yol kənarına yerləşdirlimiş bombanın partlaması nəticəsində kəndliləri aparan maşında 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Partlayıcı qurğunun yol kənarına Kürdüstan Fəhlə Partiyası (PKK) silahlıları tərəfindən yerləşdirildiyi güman edilir.

İdarədən verilən məlumata görə, partlayış cümə axşamı axşam saatlarında Diyarbəkir vilayətinin Kulp rayonunda baş verib.

1984-cü ildən bəri Türkiyənin əsasən kürdlərin yaşadığı cənub-şərq bölgəsində muxtariyyət uğrunda mübarizə aparan PKK Türkiyə, Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır.

Marksist təşkilatın qurucusu Abdullah Öcalan hazırda Türkiyədə ömürlük həbs cəzası çəkir.

XS
SM
MD
LG