Accessibility links

DJ-lik edən Nyu York polisi


DJ-lik edən Nyu York polisi
please wait

No media source currently available

0:00 0:02:39 0:00

DJ-lik edən Nyu York polisi

Nyu York şəhər polis formasında DJ

NYPD leytenantı Aku Rods, başqa adla DJ Ace boş vaxtlarını dj pultu arxasında keçirir.

Onun musiqiyə olan sevgisi beş yaşında yaranıb.

"Anamın rəfində kompakt stereo sistemi və onun üstündə də pultu var idi. Mən onu idarə etmək üçün barmaqlarımin üstündə dayanmalı olurdum və radiodan dinlədiyim hip-hop musiqilərini təqlid etməyə çalışırdım." - deyə, o bildirib.

Onun musiqiyə olan sevgisi hərbi dəniz qüvələrində keçirdiyi 5 il, polis məmuru kimi işlədiyi 2 il ərzində də azalmayıb. Əksinə NYPD-nin ictimaiyyətlə polis əməkdaşlığının bir hissəsi kimi təşkil etdiyi polislər və uşaqlar DJ yarışından sonra daha güclənib.

"Bu elə bir yarış idi ki, polislər qalib gəlməsə də öz bacarıqlarını nümayiş etdirə bilərdilər. Tədbirdə çəkilən bir video sosial şəbəkələrdə məhşurlaşır və mən məhşur oldum. O vaxtdan bəri mən bir çox ictimai tədbirlərə polis forması ilə gedib, DJ-lik edirəm." - deyə, leytenant əlavə edib.

Beləliklə, ayda ən azı iki dəfə alış-veriş mərkəzlərində, idman tədbirlərində çıxış edən leytenant Rods DJ Ace-ə çevrilir.

NYPD-nin ictimaiyyətlə əlaqələr proqramı şöbənin ən yüksək prioritetlərindən biridir. Proqram polislərə gənclərlə əlaqə qurmaqlarına kömək olur.

"Bəzi insanlar mənim həqiqi polis olmadığımı düşünür və formada DJ-lik etdiyimi gördükdən sonra mənə yaxınlaşırlar. Onlar mənimlə söhbət edirlər, mənə müxtəlif suallar verirlər. Və mən onlara deyirəm ki, təkcə mən belə deyiləm, polis məntəqəsindəkilərin 99%-ı mənim kimi sadə insanlardır." - deyə, o bildirib.

Leytenant Rods deyir ki, DJ-liklə məşğul olmaq ona silahlı şübhəli ilə qarşılaşmaq kimi polis işinin stressli tərəflərinin öhdəsindən gəlməyinə kömək edir.

"Şübhəli məni məhəllədən tanıyırdı deyə sakitləşdi. Mən ondan biçağı yerə qoymasını istədim və o bunu dərhal etdi. Biz qarşılıqlı əlaqə qurduq. Kömək etmələri üçün onu xəstəxanaya yerləşdirdik. OO, qaldığı sığınacaqdan çıxdı, daha sonra evləndi və indi isə Kuinsdə yaşayır."

Rodsun öz musiqilərini paylaşdığı İnstagram səhifəsi var. Onun onlayn dostları arasında digər polis əməkdaşları ilə yanaşı Nyu-York və dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə musiqi həvəskarları da var.

XS
SM
MD
LG