Accessibility links

Dmitri Medvedev sükutu pozdu


Dmitri Medvedev sükutu pozdu
Dmitri Medvedev sükutu pozdu

Misilsiz etiraz dalğası ilə üzləşən Rusiya prezidenti Dmitri Medvedev ötən həftə parlament seçkilərində baş vermiş saxtakarlıq hallarının araşdırılmasına göstəriş verdiyini deyir.

İki günlük sükutu pozan Medvedev bu gün öz davamçılarına Facebook sosial şəbəkəsində müraciət edib.

O, seçkilərin yenidən keçirilməsi tələbi ilə Moskva və başqa Rusiya şəhərlərinin küçələrinə axışan on minlərlə nümayişçi ilə razı olmadığını bildirib. Amma o, nümayişçilərin öz etirazlarını ifadə etmək hüququna malik olduqlarını bildirib.

Nə prezident, nə də baş nazir Vladimir Putin iki gündür ki, ictimaiyyət arasında görünmürdülər, Müxalifət hakim Vahid Rusiya partiyasını seçkiləri saxtalaşdırmaqda ittiham edir. Sabiq Sovet lideri Mixail Qorbaçov seçki nəticələrinin ləğvinə və səsvermənin yenidən keçirilməsinə çağırıb.

Dünən Moskva, Sankt Peterburq və Uzaq Şərqdəki Xabarovsk və Vladivostok şəhərləri də daxil olmaqla onlarla şəhərdə kütləvi etiraz aksiyaları keçirilib.

XS
SM
MD
LG