Accessibility links

Əcdadlarınızı necə tapmaq? - Yeni test üsulunun vədləri


Əcdadlarınızı necə tapmaq? - Yeni test üsulunun vədləri
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Adi DNT test alətləri getdikcə daha çox populyarlaşır həm də daha əlverişli olur. Bu gün genetik testlər sizə ailənizin dünyanın hansı hissəsindən gəldiyi, sağlamlığınız, hətta həyatda olan amma tanımadığınız qohumlarınızla bağlı məlumat verir.

Hazırda dünya boyu bir çox şirkət insanlaraiynə və ya qan testlərinə ehtiyac olmadan DNT testləri təqdim edir.

İnsanlar təqribən 100 dollara tüpürcək nümunələrini laboratoriyaya göndərib, bir ay sonra detallı genetik profillərini əldə edə bilərlər.

Bəzən nəticələr gözlənilməz olur.

Vaşinqton şəhərinin sakini Ceyson Lambro bacı və ya qardaşının olmadığını düşünürdü. O, ailəsinin hardan gəldiyini öyrənmək üçün DNT testi etdirib, amma nəticədə qardaşı olduğunu öyrənib.

“Bir gün dedim ki, testin nəticələrini yoxlayım. Bir də gördüm qarşıma ‘Təbriklər, ögey qardaşınızı tapdınız’ deyə bir mesaj çıxdı. Bu bir az sarsıdıcı oldu”, o deyir.

Bəzi müştərilər isə DNT testi onlara ailələrin hardan gəldiyinə dair məlumat verəndə çox da təəccüblənmir.

Coann Bodurta həkim və genetikdir.

O, ABŞ-da mövcud olan bütün DNT test şirkətlərini sınaqdan keçirib və onların hamısının nəticələri demək olar eyni olub.

Daha çox insan test etdikcə bu şirkətlər dünya boyu genetik markerlədən ibarət məlumat bazasını genişləndirir. Bu isə onlara ailələrin coğrafi keçmişi ilə bağlı daha aydın məlumat verir.

Bir gün dedim ki, testin nəticələrini yoxlayım. Bir də gördüm qarşıma ‘Təbriklər, ögey qardaşınızı tapdınız’ deyə bir mesaj çıxdı. Bu bir az sarsıdıcı oldu.
Ceyson Lambro

“Əcdadları araşdıran şirkətlərin tətbiq etdiyi testlərdə tək nukleotidli polimorfizmi yoxlayrlar. Onlar müxtəlif insanların DNT-lərində dəyişikliyin baş verdiyi mühüm yerləri seçir və bunu Afrika, Şərqi Avropa, Yaxın Şərq və ya müxtəlif Asiya ölkələrindəki insanların DNT-lərində mövcud olan quruluşlarla müqayisə edir”, Bodurta deyir.

Bu, babasının Krımda dünyaya gəldiyindən başqa ailəsi haqda heç bir məlumata sahib olmayan Jannaya kömək edib. O, test vasitəsilə Ukraynada uzaq qohumlarını tapıb.

“Bu inanılmaz idi. Mən nəticələri görəndə ağlamağa başladım. Elə emosional şok yaşadım ki, ‘Allahım, bu insanlar burada yaşayıb, indi isə mən də burdayam’ dedim”, Janna söyləyir.

Ceyson Lambro da daha çox ailə üzvlərini tapdığına görə çox sevincli idi.

“İlk dəfədir ki, mənim qardaşım olur. Mən o qədər müxtəlif hisslər yaşadım ki.Onun mənə göndərdiyi ilk email, ‘balaca qardaşım, salam’ idi və mənim tüklərim biz-biz oldu”, Lambro söyləyir.

Onlar hələ ki, görüşməyib amma böyük planları var, çünki onların bir-birilərinə danışmalı olduqları çox şey var.

XS
SM
MD
LG