Accessibility links

Xidmət itləri əlillərə yardım edir [Video]


Xidmət itləri
please wait
Embed

No media source currently available

0:00 0:02:19 0:00

i

İzdiham, səs-küy və yorucu təhlükəsizlik prosedurları çox vaxt təyyarə səyahətini cansıxıcı edir. İnsanlar hava səyahətindən qorxan itlərə təlimlər keçə bilərlər. İndi heyvanlara da eyni xidmətlər təklif olunur.

Xidmət itləri heç vaxt yiyələrindən ayrılmır - istər ictimai nəqliyyatda, istərsə də təyyarələrdə. Lakin aeroportlardakı kütlə, səs-küy hətta təlim keçmiş itləri də bəzən narahat edir. İtlərin yardımından asılı olan əlillər köməkçilərinin yoxlama prosedurlarından rahat keçmələri və rahat uçmalarını istəyirlər. Buna görə də onlar itlərini Hollivudda film çəkilişləri üçün hazırlanmış təyyarə simulyatoru cizgiləndirən K-9 Uçuş Məktəbinə gətirirlər. Burada itlər əsl uçuş zamanı olduğu kimi, silkələmələr və səslərə alışdırılırlar.

Kaliforniyanın Nyuport şəhərindən olan Sendi Aleksandr əlildir. Onun Labrador cinsindən olan Dok adlı itinin 2 yaşı var. Dok həmişə onun yanında olmalıdır. Aleksandr deyir ki, onun iti havada titrəyişə dözə bilmir. “Təyyarə titrəyişə düşəndə o mənə baxırdı və mən başa düşdüm ki, o, nə baş verdiyini anlamır. Mən bunun bir də baş verməsini istəmirəm.”

Təlimatçı Meri Seqal deyir ki, uğurlu təlim bir sadə qaydaya əsaslanır, təkrara!
“Bu simulyatorlar itlərə ətraf mühitə, yüksək səslərə, digər itlərin səslərinə alışmağı öyrədir. Və onlar bütün bunlara tədricən alışırlar.”

Steysi Hakebanın 9 aylıq Strikeri yardım iti olmaq üçün təlimlər keçir. “Mən təyyarədən çox istifadə etmirəm və bütün bunlardan o qədər də agah deyiləm. Lakin itsiz yəqin ki, mən özümü idarə edə bilməzdim.”

Bu təlimlərə gələn itlərin yiyələri indi uçuş zamanı özlərini daha rahat hiss etdiklərini deyirlər. Belə görünür ki, itlər də bu təlimlərdən faydalanırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG