Accessibility links

Azərbaycan banklarında dollar satışı rekord həddə çatıb


İranda bankdan 3 milyard dollar oğurluğa görə daha 14 nəfər saxlanıb
İranda bankdan 3 milyard dollar oğurluğa görə daha 14 nəfər saxlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dünən, dekabrın 17-də mütəşəkkil banklararası valyuta bazarına təxminən 153 mln. ABŞ dolları həcmində valyuta intervensiyası həyata keçirib. Bununla da bu həftənin ilk 4 iş günü ərzində AMB-nin valyuta satışı 493 mln. dollara çatıb.

Report agentliyi xəbər verir ki, həftənin ilk günü (dekabrın 14-də) satış 102 mln. dollar, ikinci gün (dekabrın 15-də) 101 mln. dollar, üçüncü günü (dekabrın 16-da) isə 137 mln. dollara yaxın olub. Orta hesabla bu həftə gündəlik valyuta intervensiyası 123,25 mln. dollar təşkil edib. Bu, keçən həftənin analoji göstəricisi ilə müqayisədə 93% çoxdur.

Son bir ildə Mərkəzi Bankın həyata keçirdiyi aylıq valyuta intervensiyasının orta həftəlik göstəricidən məlum olur ki, bu həftə həmin orta göstərici rekord həddə çatıb. Nəzərə almaq lazımdır ki, bu günün satış həcmi hələ dəqiq olmadığına görə, bu həftənin göstəricisinın daha da artacağı gözlənilir.

Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı (dekabrın 8-də), Azərbaycan Dövlət Neft Fondunun valyuta satışını dayandırmasından sonra bazarda əməliyyatlara başlayan AMB, keçən həftə ərzində ümumilikdə (4 günə) 255 mln. dollar həcmində satış həyata keçirib. Bununla da keçən həftə orta günlük satış 63,75 mln. dollar olub. Son 8 iş günü ərzində isə AMB-nin ABŞ valyutasının satışı təxminən 748 mln. dollar təşkil edib. Nəticədə, dekabrın 1-nə 6,2 mlrd. dollara bərabər olan AMB-nin valyuta ehtiyatları 5,5 mlrd. dollara yaxınlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG