Accessibility links

Manat yenə ucuzlaşıb


Dekabrın 6-da Azərbaycan Mərkəzi Bankının valyuta hərracında manatın ucuzlaşması davam edib.

Məkəzi Bankın məlumatına görə, hərrac 1 dollar üçün 1,7339 manat məzənnə ilə başlayıb və 1,7369 manat məzənnə ilə başa çatıb.

Bu arada, kommersiya bankları ABŞ valyutasını 1,80 manata alır və 1,8032 manata satdığı barədə lövhələrində məlumatlar yerləşdirir. Amma müşahidələrə görə, artıq üçüncü həftədir ki, əksər banklar valyuta satmır. Qara bazarda isə bir dollar 1,85 manata satılır.

Azərbaycanın əsas məhsulu olan neftin qiymətinin kəskin ucuzlaşması ölkə gəlirlərinə ciddi təsir göstərib və ötən il ərzində manat sürətlə devalvasiya etməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG