Accessibility links

Dominik Straus Kan istefa verdi


Dominik Straus Kan istefa verdi
Dominik Straus Kan istefa verdi

Beynəlxalq Valyuta Fondunun sədri Dominik Straus Kan Nyu-York şəhər şəhər təcridxanasından istefasını elan edib.

Fond onun istefa məktubunu bu gün açıqlayıb. Mayın 18-i tarixi ilə göndərilən məktubda Straus Kan institutunun reputasiyasını qorumaq üçün istefa verdiyini deyir. Onun sözlərinə görə, o, bütün vaxtını günahkar olmadığını sübut etməyə sərf etmək istəyir.

Straus Kanın vəkilləri onun zaminə buraxılmasını istəyir. Məhkəmə rəsmisi deyir ki, bu gün bu məsələ ilə bağlı dinləmə keçiriləcək. Bu həftənin əvvəli hakim 62 yaşlı fransızın ölkədən çıxa bilmə ehtimalının olduğunu bildirmişdi.

Bu arada qadın haqları faəlları Vaşinqtonda nümayiş keçirərək Straus Kanın istefasını tələb etmişdilər.

XS
SM
MD
LG