Accessibility links

Dominik Straus-Kan zorlama ittihamı ilə məhkəməyə verilir

Dominik Straus-Kan zorlama ittihamı ilə məhkəməyə verilir
Dominik Straus-Kan zorlama ittihamı ilə məhkəməyə verilir

Fransız yazıçı Tristan Banon Beynəlxalq Valyuta Fondunun sabiq direktoru Dominik Straus-Kanı zorlama ittihamı ilə məhkəməyə verir. Banonun vəkili bildirib ki, məhkəmyə sabah müraciət ediləcək. Yazıçı 2003-cü ildə müsahibə üçün onun evinə getdiyində zorlama cəhdi ilə üzləşdiyini deyir.Dominik Straus- Kan keçən həftə ev dustaqlığından azad edilsə də, Nyu-York mehmanxanasının xadiməsinin seksual təcavüzlə bağlı şikayətinə dair ittihamlar altındadır. Günahkar olmadığını iddia edən Kan vəzifəsindən istefa verib. Onun həbsdən azad edilməsinə iddiaçının etibarsızlığı səbəb olub.

This item is part of
XS
SM
MD
LG