Accessibility links

Donald Task: Brexit-in möhlətinin uzadılması məqsədəuyğun ola bilər


Britaniyanın Avropa İttifaqından çıxmaqsı ilə bağlı iki ilə yaxındır davam edən ağır müzakirələr hələ də nəticə verməyib. Əksinə, narazılıqlar daha da dərinləşməkdədir.

Avropa İttifaqı Şurasının prezidenti Donald Task bildirib ki, martın 29-na təyin edilən Brexit-in möhlətinin uzadılması məqsədəuyğun ola bilər.

Task Brexit razıllığının bu müddət ərzində əldə edilməsi şanslarının çox az olduğunu deyərək, bizneslərə bunun xaotik təsirləri və baha başa gələcəyi barədə xəbərdarlıq verib.

Son günlər hakim Mühavizakarlar partiyasında parçalanma müşahidə olunur. 3 nazir leyboristlər və digər müxalifət qüvvələri ilə birləşərək “kəskin Brexit-in” mümkünlüyünü, yəni ölkənin Avropa İttifaqından razılaşmasız çıxmasını əngəlləməyə hazır olduqlarını bildiriblər.

3 mühavizəkar deputat həmçinin partiyadan çıxaraq leyboristlər partiyasından ayrılan bir neçə deputatla “Müstəqillər” adlı yeni fraksiya yaratdıqlarını bəyan ediblər.

Britaniya parlamenti hələ də ölkənin Avropa İttifaqından çıxması ilə bağlı müqaviləni təsdiqləməyib.

Razılaşmaya əsasən isə ölkə martin 29-dək Avropa Birliyindən çıxmalıdır.

Baş nazir Tereza Meyın tərəfdarları təkid edirlər ki, parlament “kəskin Brekziti” əngəlləməməli və baş nazirin Avropa İttifaqı ilə danışıqlarda azad manevr etməsinə imkan yaratmalıdırlar ki, razılaşmada güzəştli dəyişikliklər edə bilsin.

Mey deyir ki, danışıqlar hələlik yaxşı gedir, amma onun parlamenti qane edəcək güzəştlər əldə edə biləcəyi hələ ki, bəlli deyil.

Britaniya vətəndaşları 2016-cı ildə keçirilmiş referendumda 52-48 faiz səs fərqilə ölkənin Avropa İttifaqından çıxmasına səs verib.

Amma son rəy sorğuları göstərir ki, indi təkrar referendum keçirilsə, britaniyalıların çoxu bunun əleyhinə səs verərdi.

XS
SM
MD
LG