Accessibility links

Donald Task iqtisadi miqrantlara Avropaya gəlməməyi deyib


Avropa Şurasının prezidenti Donald Task Avropanın bundan sonra tranzit olmayacağını deyərək, iqtisadi miqrantların qitəyə gəlməməli olduğunu bildirib.

O bu açıqlamaları Yunanıstanın Baş naziri Aleksis Tsiprasla Afinada görüşdən sonra verib.

Donald Task bazar ertəsi Brüsseldə Avropa Şurası və Türkiyə arasında mühüm zirvə görüşündən əvvəl miqrant böhranının təsirinə məruz qalmış ölkələrə səfər edir.

Avropa Şurasının prezidenti Donald Task Yunanıstanın Baş naziri Aleksis Tsipras
Avropa Şurasının prezidenti Donald Task Yunanıstanın Baş naziri Aleksis Tsipras

O deyib ki, böhranın həlli üçün Yunanıstanın Avropada sərhəd yoxlama məntəqələrinin açıq olmasını nəzərdə tutan Şengen razılaşmasından xaric edilməsi çıxış yolu deyil. Kütləvi miqrant axını nəticəsində Avropanın digər ölkələrinə getmək üçün icazə almaq məqsədilə minlərlə insan Yunanıstanda toplaşıb qalıb.

Donald Task deyib ki, Yunanıstan Şengen razılaşması, avro zona və Avropa İttifaqının bir hissəsidir və belə qalmağa davam edəcək.

Avropa Şurasının prezidenti Donald Tusk və Türkiyənin Baş naziri Əhməd Davudoğl (şəkil Donal Taskın rəsmi Twitter səhifsindən götürülüb)
Avropa Şurasının prezidenti Donald Tusk və Türkiyənin Baş naziri Əhməd Davudoğl (şəkil Donal Taskın rəsmi Twitter səhifsindən götürülüb)

Yunanıstandan sonra Donald Task Türkiyəyə səfər edib və Ankarada Baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Avropa Şurasının prezidenti İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Donald Taskın Türkiyə və Yunanıstana Yaxın Şərq və şimali Afrika ölkələrindən miqrant axınını azaltmaq üçün intensiv yardım göstərilməsini təklifi edəcəyi gözlənilir.

Miqrant böhranından əvvəl də maliyyə böhranı ilə qarşılaşmış Yunanıstan qaçqın axını ilə əlaqədar xərclərlə bağlı Avropa İttifaqından 500 milyon yardım istəyib.

Avropa İttifaqının Humanitar Yardımlar üzrə komissarı Xristos Stilianides quruun qaçqın böhranının həllində yardım məqsədilə 750 milyon dolların ayırmasını istəyir.

XS
SM
MD
LG